Məhkəmə qərarları › İş №e-2-2(117)-232/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-232/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-232/2025 10.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə İlkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ilk iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən müqavilənin şərtlərinin icra edilməməsi nəticəsində yaranmış 6.000 manat məbləğində əsas borc, 4.164 manat məbləğində dəbbə pulu, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 300 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə 121,40 manat məbləğində dövlət rüsumu, ümumilikdə 10585.40 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli 645 nömrəli malların təchizatı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı 1 (bir) manat xidmət haqqının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçıya verilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, xəbəri olmadan şirkətlə müqavilə bağlanmışdır. Rəsmi sənədlərin adına olduğundan xəbəri yoxdur. Bu müqavilə şirkətin mühasibi X1 tərəfindən bağlanmışdır. X1 pulu mənimsəmiş və ölkə xaricinə getmişdir. Hazırda o, ilkin iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmir. Həmçinin cavabdeh verdiyi qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Əvvəlcə məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli işin icraata götürülməsi barədə qərardadla ilkin iddia ərizəsi icraata götürülmüş və məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 11:40-a təyin edilmişdir. xx.xx.2025-ci il tarixə saat 11:40-a təyin edilmiş hazırlıq iclasında cavabdeh iştirak etmiş və izahatı dinlənilmişdir. xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iş üzrə müvafiq ekspertiza təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Bundan sonra müvafiq eskpert rəyi məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən iş üzrə icraat təzələnmiş və məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh iştirak etsə də iddiaçı yenə tərəf iştirak etməmiş və bunun üzrlü səbəbi barədə məlumat verməmişdir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə baxışı xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı üzrlü səbəb göstərmədən məhkəmənin çağırışına gəlməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı izahatında iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa məhkəmə ilkin iddia üzrə ödənilmiş 121,40 manat dövlət rüsumuna və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumuna münasibətdə qeyd edir ki, hazırki iş üzrə ilkin və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş dövlət rüsumları qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu qismən və ya tamailə geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Qərardad rəsmi qaydada təqdim edildikdən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən ödənilmiş Dövlət rüsumunun büdcədən qaytarılması üçün ərizə ilə dövlət rüsumunun ödənildiyi xəzinədarlıq orqanına müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İlkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası baxılmamış saxlanılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İlkin iddia üzrə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə "xxxx" ASC vasitəsi ilə ödənilmiş 121,40 manat dövlət rüsumu "xxxx" MMC-yə dövlət büdcəsindən qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə “Expresspay” ödəniş sistemi vasitəsi ilə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar