Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-238/2024 19.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “194,60 manat dəyərində borcun, 20 manat məbləğində mediasiya xərcinin və 10 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xam pambığın alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, 09 nömrəli müqaviləyə əsasən fermer Cavabdeh ona məxsus 2,48 ha torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar aqrotexniki xidmətlərin icraçıya məxsus kənd təsərrüfatı tüxnikaları vasitəsilə, filial və fermerlə razılaşdırılmış müddətdə və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində təhvil verilməsini, iddiaçı isə hazır məhsulu qəbul edib və dəyərini fermerin borclarını çıxmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 75 manat məbləğində 1ci şum, 70 manat məbləğində 2-ci şum, pambığın becərilməsinə görə ödənilən 49,60 manat məbləğində avans nəzərə alınmaqla 194,60 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, xam-pambıq təhvil verməmiş, çəkilmiş xərclərdən hazırkı dövrə kimi 194,60 manat məbləğində borcu qalmışdır. İddiaçı tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsinə dair maliyyə arayışı, ödəniş tapşırığı məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Yevlax rayonu, Yuxarı Qarxun kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda göstərilmişdir ki, Cavabdeh məxsus 3,48 ha əkin sahəsində 2018-ci il tarixə İddiaçı MMC tərəfindən şum aparılmış, lakin həmin sahədə heç bir bitki əkilməmişdir. Cavabdeh tərəfindən həmin akt imzalanmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 194,60 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə ünvanı üzrə şəxsən təqdim olunmuş, cavabdeh xx.xx.2024-cü il tarixli aktı məhkəməyə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Ödəniş tapşırığı, Maliyyə arayışı, xx.xx.2024-cü il tarixli akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alğı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilələr həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və etibarsız olmamışdr. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbinə münasibətdə təqdim edilmiş Yevlax rayonu, Yuxarı Qarxun kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktı imzalamaqla Cavabdeh ona məxsus 3,40 ha əkin sahəsində iddiaçı tərəfindən 2018-ci il tarixdə şum işləri aparıldığını etiraf etmişdir. Bu hal işin mübahisələndirilməyən halıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xam pambığın alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, 09 nömrəli müqaviləyə əsasən fermer Cavabdeh ona məxsus 2,48 ha torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar aqrotexniki xidmətlərin icraçıya məxsus kənd təsərrüfatı vasitəsilə, filial və fermerlə razılaşdırılmış müddətdə və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində təhvil verilməsini, iddiaçı isə hazır məhsulu qəbul edib və dəyərini fermerin borclarını çıxmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 75 manat məbləğində 1-ci şum, 70 manat məbləğində 2-ci şum, pambığın becərilməsinə görə ödənilən 49,60 manat məbləğində avans nəzərə alınmaqla 194,60 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, xam-pambıq təhvil verməmiş, çəkilmiş xərclərdən hazırkı dövrə kimi 194,60 manat məbləğində borcu qalmışdır. İddiaçı tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsinə dair maliyyə arayışı, ödəniş tapşırığı məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 09 nömrəli müqavilənin 2.3.1-ci bəndinin şərtinə əsasən icraçı fermerin sifarişi əsasında bu müqavilə ilə göstərilən aqrotexniki xidmətləri (1-ci şum 30 manat, 2-ci şum 27 manat və s.) fermerlə razılaşdırılmış müddətdə və həcmdə yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında 2-ci şumun dəyərinin 28 manat olduğu göstərilmişdir. İddiaçı müqavilədə razılaşdırılmış şərtlərdən kənara çıxmaqla maliyyə arayışını əsasən 2,5 ha ərazidə aparılan 2-ci şumun dəyəri olaraq 28 manat məbləği əsas götürmüş və bunun üçün 70 manat (2,5 x 28 = 70) məbləğində xidmət göstərildiyini iddia etmişdir. Göründüyü kimi iddiaçı özünün tərtib etdiyi maliyyə arayışına əsasən mövcud borcu hesablamaqla müqavilənin göstərilən bəndinin tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 2-ci şum üçün görülən işlərin dəyəri olaraq tələb etdiyi 70 manat deyil, tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən olunmuş qiymət üzrə 2.5 ha ərazidə 2-ci şum üçün görülən işlərin dəyəri olan 27 manat üzrə (2.5 x 27 = 67,5) hesablanmaqla 67,5 manat təşkil edir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, xam-pambıq təhvil verməmiş, hazırkı dövrə kimi görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri tərəflər arasında bağlanmış müqavilə ilə nəzərdə tutulmuş qiymət üzrə 1-ci və 2-ci şum üçün cəmi 142,5 manat və 49,60 manat ödənilmiş avans vəsaiti olmaqla ümumlikdə 192,1 manat məbləğində borcu qalmışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 192,1 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (194,60 manat) ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumunun 0,39 manatı iddiaçıdan, 29,61 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir ki, həmin rüsumdan 0,39 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməli, qalan 9,61 manat iddiaçı tərəfindən tələb edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilməmiş qalan 20 manat dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı onun tərəfindən ödənilmiş 20 manat mediasiya xərcini cavabdehdən tələb etdiyindən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 192,1 manat borc, 20 manat mediasiya xərci və 9,61 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 20 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-238/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-238/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver