Məhkəmə qərarları › İş №e-2-2(117)-242/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-242/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-242/2025 27.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı "xxxx" LTD Firmasının Cavabdeh MMC-yə qarşı “14142,66 manat əsas borcun 132,33 manat məbləğində dövlət rüsumunun ödənilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" LTD Firması Cavabdeh MMC-yə qarşı pul tələbinə dair Şəki Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehin alqı-satqı müqaviləsinin icrası ilə bağlı iddiaçıya 14142,66 manat məbləğində borcu yarandığından həmin borcun və ödənilmiş 132,66 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı "xxxx" LTD Firması xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC borclu olduğu məbləği tam ödədiyindən iddia tələbindən imtina etmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hər iki tərəfin nümayəndəsi tərəfindən təqdim edilən ərizələri nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, hazırkı vəziyyətdə iş üzrə tərəflərin ərizə ilə müraciət edərək iddiadan imtina edilməsi və işə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmələri və iddiadan imtina edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Belə ki, tərəflərin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, hazırkı işdə cavabdeh borcun bir qismini ödəmiş və bundan sonra hər iki tərəf mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə razılığa gəlmişlər. Bu səbəbdən tərəflər icraata xitam veilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə tərəflərin müraciətinə münasibətdə qeyd edir ki, iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" LTD Firmasının Cavabdeh MMC-yə qarşı “14142,66 manat əsas borcun 132,33 manat məbləğində dövlət rüsumunun ödənilməsi” tələbi üzrə cavabdeh tərəfindən borc tam ödənildiyindən işin icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar