Məhkəmə qərarları › İş №e-2-2(117)-243/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-243/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-243/2025 24.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, iddiaçı X1 cavabdeh Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə qarşı borc tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Azəriqaz İstehsalat Birliyi cavabdeh Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh Qəbələ Mərkəzi Rayon Xəsətəxanası PHŞ-dan təbii qazdan istifadəyə görə yaranmış 76655.25 manat məbləğində əsas borcun, 319.97 manat ödənilmiş rüsum xərcləri, ümumilikdə 76975.22 manat borcun tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu xx.xx.2021ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 319,96 manat təşkil edir. İddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi barədə məhkəməyə 200 manat məbləğində olan ********* nömrəli və 146,45 manat məbləğində olan ********** nömrəli 2 ədəd qəbz Elekton Məhkəmə İnformasiyaları Sistemi vasitəsilə təqdim edilmişdir. Məhkəmə iddiaçı tərəfindən ödənilən dövlət rüsumlarının araşdırılması zamanı müəyyən etmişdir ki, Elektron Məhkəmə İnformasiyaları sistemində olan məlumata əsasən 200 manat məbləğində olan ********* nömrəli qəbz Şəki Kommersiya Məhkəməsinin yekun məhkəmə aktı olan qətnamə qəbul edilmiş e-2-2(117)- 1341/2022, e-2-2(117)-1373/2022 nömrəli işləri üzrə təkrar istifadə olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, bir iş üzrə istifadə olunmuş qəbzin yenidən məhkəməyə təqdim edilməsi yolverilməzdir. Nəticə etibarı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlər həqiqəti əks etdirmədiyindən dövlət rüsumu ödənilməsi iddiaçı tərəfindən tam təmin edilməmişdir. Bu səbəbdən də iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar