Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-260/2024 16.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli GL172 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X1 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd traktor Catman XD 35.4 avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması və 3040,6 manat gecikdirilmiş əsas borcu, 2186.71 manat cərimə və 60 manat məbləğində ödənilmiş mediasiya rüsumunun və 12.28 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GL172 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X1 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd traktor Catman XD 35.4 avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması və 3040,6 manat gecikdirilmiş əsas borcu, 2186.71 manat cərimə və 60 manat məbləğində ödənilmiş mediasiya rüsumunun və 12.28 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki iş üzrə iddia tələbinin lizinq müqaviləsinə xitam verilməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qiymətləndirilməyən iddia üzrə 100 manat, borcun ödənilməsi hissəsində isə iddianın qiymətinə uyğun olaraq 72,27 manat olmaqla, ümumilikdə 172,27 manat dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən 60 manat mediasiya xərci və 12,28 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda iddiaçı ödəməli olduğu dövlət rüsumunun yalnız 72,28 manat hissəsindən azad olunmuş, qalan 100 manat məbləğ isə ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə hesablanır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçının diqqətinə çatdırılır ki, yenidən məhkəməyə müraciət olunacağı təqdirdə ödənilmiş dövlət rüsumunun qəbzinin nömrəsi elektron imzalanmış iddia ərizəsində göstərilsin və aidiyyəti bölmə düzgün secilsin. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli GL172 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X1 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd traktor Catman XD 35.4 avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması və 3040,6 manat gecikdirilmiş əsas borcu, 2186.71 manat cərimə və 60 manat məbləğində ödənilmiş mediasiya rüsumunun və 12.28 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-260/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-260/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver