Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-263/2025 03.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “xx.xx.2024cü il tarixli 07/03162 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3050 manat borcun, 1 ədəd SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 248 manat dəymiş maddi ziyanın və 52.98 manat dövlət rüsumunun tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı “xx.xx.2024-cü il tarixli 07/03162 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3050 manat borcun, 1 ədəd SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 248 manat dəymiş maddi ziyanın və 52.98 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli 07/03162 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilənin: 1-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən, lizinqə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun lizinq alana keçməməsi şərtilə 1 ədəd, 701206 zavod nömrəli SR-2065 markalı taxılyığan kombaynı xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasında dövr ərzində istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş 6500 manat məbləğində ödənişin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, 3050 manat ödənilməmiş borcu qalmışdır. 2.2.5-ci bəndinə əsasən, lizinq alan, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasnı, sığorta ödənişlərini həyata keçirilməsini, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin edir. 2.2.6-cı bəndinə əsasən, lizinq alan, texnikanın qəzaya düşdüyü və ya təbii fəlakət nəticəsində texnikaya zərər dəydiyi andan ən geci 12 saat ərzində istifadəyə verənə yazılı məlumat verir və zərərin ödənilməsini təmin edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli 07/03162 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən, cavabdeh lizinq ödənişlərini vaxtında və tam ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və 3050 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Eyni zamanda texnika saz vəziyyətdə geri qaytarılmamış və 248 manat məbləğində maddi ziyan vurulmuşdur. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı İddiaçı ASC ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 07/03162 nömrəli akta əsasən 1 ədəd, 701206 zavod nömrəli SR-2065 markalı taxılyığan kombaynı "xxxx" ASC-nin Qobustan RN-nin Şamaxı rayon bölməsinin rəhbəri X4 tərəfindən Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 07/03162 nömrəli akta əsasən 1 ədəd, 701206 zavod nömrəli SR-2065 markalı taxılyığan kombaynı Cavabdeh tərəfindən "xxxx" ASC-nin Qobustan RN-nin Şamaxı rayon bölməsinin rəhbəri X1 vəziyyətdə geri qaytarılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, 701206 zavod nömrəli SR-2065 markalı taxılyığan kombaynda “sürətlər qutusunda səs var, vizual baxışda yastıqların dağılması hiss olunur, alt ələyi hərəkətə gətirən şadarada və alt ələyin valında qaynaq işləri görülüb” statuslu qüsur aşkar edilmişdir. Həmin aktın doğruluğu RBnin rəhbəri X4, RB-nin mühəndis-mexaniki X2 və mexanizator Cavabdeh imzaları və İddiaçı ASC-nin möhürü ilə təsdiqlənmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş arayışdan müəyyən olunur ki, texnikada aşkar olunmuş qüsurun aradan qaldırılması üçün 248 manat tələb olunur. (ötürmələr qutusunun ötürücü valin dayaq yastığı ******* - 103 manat, ötürmələr qutusunun ötürücü valin dayaq yastığı ******* - 45 manat, işçilik haqqı 100 manat). İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli 07/03162 nömrəli operativ lizinq müqaviləsi üzrə Cavabdeh tərəfindən 3450 manat ödəniş edilmiş, 3050 manat ödənilməmiş borcu qalmışdır. Şəki Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı ASC-yə məktub ünvanlanaraq xx.xx.2024-cü il tarixli 07/03162 nömrəli akt, xx.xx.2024-cü il tarixli 02 nömrəli qüsur aktı arasında bir-birinə zidd olan məlumatın aydınlaşdırılması və bu barədə məhkəməyə məlumat verilməsi xahiş edilmiş, lakin iddiaçı bu məktuba heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2025-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilə, aktlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında xx.xx.2024cü il tarixli 07/03162 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən, lizinqə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun lizinq alana keçməməsi şərtilə 1 ədəd, 701206 zavod nömrəli SR-2065 markalı taxılyığan kombaynı xx.xx.2024xx.xx.2024-cü il tarixləri arasında dövr ərzində istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş 6500 manat məbləğində ödənişin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, 3050 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə 3050 manat borcun tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 07/03162 nömrəli aktda texnikanın cavabdeh tərəfindən iddiaçıya saz vəziyyətdə qaytarıldığı qeyd edilsə də, eyni tarixli qüsur aktından göründüyü kimi qeyd edilən texnikada “sürətlər qutusunda səs var, vizual baxışda yastıqların dağılması hiss olunur, alt ələyi hərəkətə gətirən şadarada və alt ələyin valında qaynaq işləri görülüb” statuslu qüsurlar aşkar edilmiş və həmin aktda qeyd edilən qüsurların mövcudluğunu hər iki tərəf imzalayaraq təsdiqləmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş arayışdan müəyyən olunur ki, texnikada aşkar olunmuş qüsurun aradan qaldırılması üçün 248 manat tələb olunur. (ötürmələr qutusunun ötürücü valin dayaq yastığı ******* - 103 manat, ötürmələr qutusunun ötürücü valin dayaq yastığı ******* - 45 manat, işçilik haqqı 100 manat). Qeyd edilən sənədlərdəki məlumatlar bir-birilə üst-üstə düşmədiyindən məhkəmə buna münasibət bildirilməsi üçün xx.xx.2025-ci il tarixdə iddiaçıya məktubla müraciət etmiş, lakin iddiaçı tərəf bu hala münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 248 manat məbləğində vurulmuş ziyan tələb etməsini təsdiq edən sübutlarda ziddiyyət mövcuddur. Belə ki, eyni tarixli aktla qeyd edilən müvafiq texnikada hər hansı bir nasazlığın olmasını təsdiq edir, eyni tarixli digər aktda isə 248 manat məbəğində qüsurun olmasını qeyd edir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar ziddiyyətli sübut olmaqla məhkəmə iddiaçının xeyrinə qiymətləndirilməsini mümkün hesab etmir. MPM-in: 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edilən hüquq normalarının tələbi baxımından iddiaçının tələb etdiyi 248 manat tələbi ilə bağı sübutu ziddiyyətli sübut hesab edir və həmin sübutu iddiaçının xeyrinə qiymətləndirilməsini qanuni və ədalətli hesab etmir. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə cavabdeh iddia tələbinə dair etirazları məhkəməyə bildirməmiş və ya onların əsasında dayanan sübutlar barədə məhkəməyə hər hansı bir dəlil təqdim etməmişdir. Qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 3050 manat tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən iddia tələbinə uyğun olaraq ödənilmiş 52.98 manat dövlət rüsumunun 50,5 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 07/03162 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3050 manat borc məbləği, 50,5 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-263/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-263/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver