Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-269/2020 18.08.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı və ya İddiaçı MMC) Cavabdeh (bundan sonra mətndə cavabdeh və ya Cavabdeh) qarşı “13203,60 manat borcun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 13/2017 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı özünə məxsus təbii üzüm şərabları və mineral suları alıcıya bu müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində sahib olduğu və idarə etdiyi satış nöqtələrində satmaq üçün alıcı tərəfindən malların dəyəri tam ödənildikdən sonra mülkiyyətinə verməyi, alıcı isə həmin malların dəyərini ödəyərək malları qəbul etməyi və onları, istehlakçılara və ya satış üçün üçüncü şəxslərə satıcının qiymət cədvəli ilə müəyyən edilmiş qiymətlərdən aşağı qiymətə olmamaq şərtilə satmağı öhdəsinə götürmüşdür. Alıcı Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə 13203,60 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək borcunun olduğunu, lakin borcunun məbləğinin nə qədər olmasını dəqiq bilmədiyini və bu barədə məhkəməyə sübut təqdim edə bilməyəcəyini bildirmiş və məhkəmə qərarına etiraz etmədiyini bildirmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, maliyyə arayışı, qaimə-fakturalar, qiymət razılaşma protokolları, elektron vergi-hesab fakturaları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma müəyyən edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567, 600). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 13/2017 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı özünə məxsus təbii üzüm şərabları və mineral suları alıcıya bu müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində sahib olduğu və idarə etdiyi satış nöqtələrində satmaq üçün alıcı tərəfindən malların dəyəri tam ödənildikdən sonra mülkiyyətinə verməyi, alıcı isə həmin malların dəyərini ödəyərək malları qəbul etməyi və onları, istehlakçılara və ya satış üçün üçüncü şəxslərə satıcının qiyməti cədvəli ilə müəyyən edilmiş qiymətlərdən aşağı qiymətə olmamaq şərtilə satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 13/2017 nömrəli alqı-satqı müqaviləsinə əsasən fiziki şəxs Cavabdeh adına xx.xx.2017-ci il tarixində 481042, 481043 nömrəli və xx.xx.2017-ci il tarixində EAAC 456614 nömrəli qaimələr yazılmış və ümumi dəyəri 19675,60 manat olan mallar həmin şəxsə məxsus Ak.Həsən Əliyev 2 ünvanında yerləşən “Kübar” və “Buta” adlı mağazalar təhvil verilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixində qaimələr üzrə ümumi məbləğ olan 19675,60 manat borcundan İddiaçı MMC-nin hesabına 4971 manat ödəmiş və 1501 manat dəyərində olan malları isə akt əsasında geri qayıtmışdır. Odur ki, hal-hazırda Cavabdeh 13203,60 manat borcu mövcuddur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 13203,60 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması tələb edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 13203,60 manat borc tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-269/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-269/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver