Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-27/2023 13.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “xx.xx.2019-cu il tarixli MK-103 nömrəli X2 müqaviləsinin ləğv edilməsi, lizinq predmeti olan 1 ədəd traktor “Belarus-892” və 28 diskli malanın saz və işlək vəziyyətdə geri qaytarılması və lizinq müqaviləsi üzrə 12925,18 manat məbləğində əsas borc, 6902,15 manat cərimə borcunun və 200 manat mediasiya xərcinin ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC Cavabdeh qarşı “xx.xx.2019-cu il tarixli MK-103 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiar tətbiq edilən X2 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd traktor “Belarus-892” və PGD-28 diskli malanın saz və işlək vəziyyətdə geri qaytarılması və ümumilikdə 30995,58 manat məbləğin və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək “xx.xx.2019-cu il tarixli MK-103 nömrəli X2 müqaviləsinin ləğv edilməsi, lizinq predmeti olan 1 ədəd traktor “Belarus-892” və 28 diskli malanın saz və işlək vəziyyətdə geri qaytarılması və lizinq müqaviləsi üzrə 20565,51 manat məbləğində əsas borc, 6902,15 manat cərimə borcunun və 200 manat mediasiya xərcinin ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək “xx.xx.2019-cu il tarixli MK-103 nömrəli X2 müqaviləsinin ləğv edilməsi, lizinq predmeti olan 1 ədəd traktor “Belarus-892” və 28 diskli malanın saz və işlək vəziyyətdə geri qaytarılması və lizinq müqaviləsi üzrə 12925,18 manat məbləğində əsas borc, 6902,15 manat cərimə borcunun və 200 manat mediasiya xərcinin ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli MK-103 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə verən hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə qeyd edilən kənd təsərrüfatı təyinatlı texnikanı (bundan sonra “Texnika”/”Lizinq obyekti” adlandırılacaq) lizinq alana satmağı, lizinq alan isə hazırki müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügedən texnikanın dəyərini lizinq ödəniş cədvəlində (1 nömrəli əlavə) göstərilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1.4-cü bəndinə əsasən texnikadan istifadə üçün ödəniş cədvəlində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməsi müqavilənin şərtlərinin pozulması hesab edilir. 5.4-cü bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilənin 5.1.4-cü bəndində göstərilən hal baş verdikdə lizinq verən lizinq alanın borclu olduğu məbləği və ödənişin gecdikdirildiyi hər günə görə gecikdirilmiş məbləğin aylıq ödənişin 0,1%-i həcmində dəbbə pulu ödənilməsini təmin edir. Cavabdehə texnikanın dəyərinin 19010,79 manat hissəsi dövlət tərəfindən güzəşt edilmiş, 10989 manat ilkin ödəniş etmiş, 2218,29 manat rəsmiləşdirmə üçün iddiaçıya komissiya ödəmişdir. Qalan məbləğdən heç bir ödəniş edilməmişdir. Həmin Müqavilənin 10.1.2-ci bəndinə əsasən, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə və yaxud lizinq obyektini istifadəyə verirsə lizinq verənin müqavilənin icrasından birtərəfli imtina edərək lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Texnikanın alıcıya təhvili barədə aktlarına əsasən Belarus-892 markalı traktor və 28 diskli malanın cavabdehə təhvil verilmiş və bu hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından da göründüyü kimi, müvafiq texnika və avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun həmin tarixə 12925,18 manat əsas borcu və 6902,15 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 363,83 manat məbləği annuitet qaydada iddiaçıya ödəməyi öhdəsinə götümüşdür. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iş üzrə bütün sübutları təqdim ediblər. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qardaşı X1 özünün adına texnika olduğu üçün onun adına texnika almağı təklif etdi. O da qardaşına inanıb sənədlərə qol çəkdi. Müqaviləni, təhvil-təslim aktını və digər sənədləri özü imzalanmışdır. Lakin ilk vaxtdan texnika onda deyil, qardaşındadır. Texnikanı təhvil alandan sonra qardaşı özü götürmüşdür. O, sonradan xəbər tutmuşdur ki, qardaşı o texnikaları onun adına almış və qardaşı onun texnikaları qeyri-rəsmi olaraq başqa şəxslərə satmışdır. O, iddiaçının nümayəndəsi Azər müəllimə zəng edib dəfələrlə bildirmişdi ki, texnikaları tapıb qaytara bilər. Lakin o, razılaşmadı. Qardaşı ilə münasibətləri yoxdur. Onu da, ailə üzvlərini də aldadıb sənədlərə qol çəkdirərək adlarına texnika, kredit götürüb evlərini əllərindən almışdır. Cavabdeh heç bir ödəniş etməmiş, borcun nə qədər təşkl etməsini də dəqiq bilmir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: lizinq müqaviləsi, təhvil-təslim aktları, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2019-cu il tarixli MK- 103 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə verən hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə qeyd edilən kənd təsərrüfatı təyinatlı texnikanı (bundan sonra “Texnika”/”Lizinq obyekti” adlandırılacaq) lizinq alana satmağı, lizinq alan isə hazırki müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügedən texnikanın dəyərini lizinq ödəniş cədvəlində (1 nömrəli əlavə) göstərilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1.4-cü bəndinə əsasən texnikadan istifadə üçün ödəniş cədvəlində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməsi müqavilənin şərtlərinin pozulması hesab edilir. 5.4-cü bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilənin 5.1.4-cü bəndində göstərilən hal baş verdikdə lizinq verən lizinq alanın borclu olduğu məbləği və ödənişin gecdikdirildiyi hər günə görə gecikdirilmiş məbləğin aylıq ödənişin 0,1 %-i həcmində dəbbə pulu ödənilməsini təmin edir. xx.xx.2019-cu il tarixli Texnikanın alıcıya təhvili barədə aktlarına əsasən Belarus-892 markalı traktor və və PGD-28 diskli mala cavabdehə təhvil verilmiş və bu hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 363,83 manat məbləği annuitet qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh iş materiallarında olan sənədlərdən də göründüyü kimi öhdəliyini tam şəkildə yerinə yetirməmiş və bu səbəbdən də ödənilməmiş borcu qalmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından da göründüyü kimi, müvafiq texnika və avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun həmin tarixə 12925,18 manat əsas borcu və 6902,15 manat cərimə borcu yaranmışdır. Əsas borc iş materialları ilə tam təsdiq edilir. Qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə tam, cərimə borcuna münasibətdə isə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “6902,15 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2.3-cü bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəyir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini, lizinq borcu üzrə cərimənin yaranmasına səbəb iddiaçınn hazırkı vaxta kimi məhkməyə müracət eməməsini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 200 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, iddiaçı 12925,18 manat məbləğində əsas borcun, 200 manat cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli MK-103 nömrəli X2 müqaviləsinin ləğv edilməsi və Cavabdeh lizinq predmeti olan 1 ədəd traktor “Belarus-892” və 28 diskli mala saz və işlək vəziyyətdə alınaraq iddiaçıya qaytarılması” hissəsinə münasibətdə bildirir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK-103 nömrəli X2 müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğundan və həmin müqavilənin 10.1.2-ci bəndinə əsasən, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə və yaxud lizinq obyektini istifadəyə verirsə, lizinq verənin müqavilənin icrasından birtərəfli imtina edərək lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən Lizinqə verən lizinq predmetini lizinq alan başqa şəxslərə verirsə və ödəniş qrafiki üzrə ödənişləri bir dəfədən artıq ödənişini gecikdirdikdə lizinq predmetlərinin geri qaytarılmasını tələb etmək hüququ vardır. Hazırki müqavilə üzrə texnikalar cavabdeh tərəfindən qardaşının istifadəsinə verilmiş, sonuncu isə həmin texnikanı başqa şəxsin istifadəsinə vermişdir. Bunu cavabdeh də izahatında təsdiq edir. Ona görə də iddia tələbi qeyd edilən hissədə əsaslıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 149,49 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 98,94 manat dövlət rüsumu cavabdehdən, 50,55 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, 200 manat mediasiya xərci 132,38 manat hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 67,62 manat iddiaçıya aid edilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manatın iddiaçıya ödənilməli olan hissəsi 132,38 manat olduğundan və iddiaçı tərəfindən 50,55 manat dövlət rüsumu ödənilməli olduğundan cavabdeh tərəfindən mediasiya üçün ödəniləcək manatdan həmin məbləğ çıxılmaqla 81,83 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 81,39 manat dövlət rüsumuna əlavə edilməklə 149,49 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK-103 nömrəli X2 müqaviləsi ləğv edilsin. Cavabdeh lizinq predmeti olan 1 ədəd traktor “Belarus-892” və 28 diskli mala saz və işlək vəziyyətdə alınaraq iddiaçıya qaytarılsın. Cavabdeh lizinq müqaviləsi üzrə 12925,18 manat pul, 200 manat cərimə borcu və 81,8 manat mediasiya xərci İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 149,49 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-27/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-27/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver