Məhkəmə qərarları › İş №e-2-2(117)-27/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-27/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-27/2024 23.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı cavabdeh X1 qarşı “3752,51 manat borcun və 60 manat mediasiya xərcinin tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı “3752,51 manat borcun və 60 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında verdiyi izahatlarında bildirdi ki, razılığa gəlmişlər və barışıq sazişi bağlamışlar. Tərəflər xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında barışıq sazişini təqdim etsələr də, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən barışıq sazişinin bağlanması əsası ilə icraata xitam verilməsi halı baxış mərhələsində mümkün olduğundan iş üzrə məhkəmə baxışı iclası təyin edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin əvvəlki məhkəmə iclasında verdikləri izahatlarını nəzərdək keçirib, məhkəmə iclasında tərəflərin imzası ilə təsdiq edilmiş barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. İddiaçı MMC iddia tələbini 1552,51 manat hissədə azaldaraq 2200 manat məbləğində vəsait tələb edir.

2. Cavabdeh iddia tələbini 2200 manat hissədə qəbul edir və qanunla müəyyən edilmiş qaydada ödənilməsini öz üzərinə götürür.

3. İddiaçı MMC qeyd edilən razılaşmanı əsas tutaraq barışıq sazişinin təsdiq olunmasını və işin icraatına xitam verilməsini xahiş edir.

4. Tərəflər razılaşır ki, 2200 manat borc məbləği 1 il 6 ay ərzində bərabər hissələrə bölünməklə tam olaraq İddiaçı MMC-nin hesabına ödəniləcəkdir. İddiaçı cavabdeh X1 qarşı “3752,51 manat borcun və 60 manat mediasiya xərcinin tutulması” tələbinə dair işin icraatına barışıq sazişi bağlandığından xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar