Məhkəmə qərarları › İş №e-2-2(117)-270/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-270/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-270/2024 16.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “xx.xx.2020-ci il tarixli GL432 nömrəli “xxxx” xətti ilə verilən subsidia tətbiq edilən X1 Müqaviləsinə xitam veriməsi, lizinq predmeti olan 1 ədəd Traktor Dongfeng DF-304A, 1 ədəd kotan mikro 3 avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması və 512.92 manat gecikdirilmiş əsas borcun, 86.18 cərimə borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq "xxxx" ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.2020-ci il tarixli GL432 nömrəli “xxxx” xətti ilə verilən subsidia tətbiq edilən X1 Müqaviləsinə xitam veriməsi, lizinq predmeti olan 1 ədəd Traktor Dongfeng DF- 304A, 1 ədəd kotan mikro 3 avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması və 512.92 manat gecikdirilmiş əsas borcun, 86.18 cərimə borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq "xxxx" ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbinin lizinq müqaviləsinə xitam verilməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qiymətləndirilməyən iddia üzrə 100 manat, borcun ödənilməsi hissəsində isə iddianın qiymətinə uyğun olaraq 30 manat olmaqla, ümumilikdə 130 manat dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən iddia ərizəsinə 30 manat dövlət rüsumunun ödənilməsinə dair Kapital Bank ASC-nin ********* nömrəli qəbz əlavə edilmiş “itirilmiş məhkəmə icraatının və ya icra icraatının bərpa edilməsi barədə verilən ərizə üzrə tərəflər” bölməsini secərək bu ödənişin rusumdan azad olunması kimi məhkəməyə müraciət etmək imkanını əldə etmişdir. Həmin qəbzin həqiqiliyi qəbul edilsə belə iddiaçı tərəfindən əlavə 100 manat dövlət rüsumu ödənilməlidir ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə hesablanır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçının diqqətinə çatdırılır ki, yenidən məhkəməyə müraciət olunacağı təqdirdə ödənilmiş dövlət rüsumunun qəbzinin nömrəsi elektron imzalanmış iddia ərizəsində göstərilsin və aidiyyəti bölmə düzgün secilsin. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “xx.xx.2020-ci il tarixli GL432 nömrəli “xxxx” xətti ilə verilən subsidia tətbiq edilən X1 Müqaviləsinə xitam veriməsi, lizinq predmeti olan 1 ədəd Traktor Dongfeng DF-304A, 1 ədəd kotan mikro 3 avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması və 512.92 manat gecikdirilmiş əsas borcun, 86.18 cərimə borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq "xxxx" ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar