Məhkəmə qərarları › İş №e-2-2(117)-294/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-294/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-294/2021 24.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı MMC Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1002500,23 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1002500,23 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 24.09.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək hal-hazırda tərəflər işin məhkəmədən kənar barışıq yolu ilə həll edildiyini, bu iş üzrə iddianın təmin tədbiri barədə qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 24.09.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər işin məhkəmədən kənar, barışıq yolu ilə həll edildiyini, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını iddiaçının müraciəti ilə birlikdə araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Bundan əlavə, Şəki Kommersiya Məhkəməsinin 30.04.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1MMC-nin bank hesabına 1002500,23 manat həddində pul vəsaitləri üzərinə həbs qoyulmuşdur. MPM-in 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə həll edildiyindən qeyd edilən qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1002500,23 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş üzrə məhkəmədən kənar barışıq yolu ilə həll edildiyindən, iddiaçı ərizənin qaytarılması barədə ərizə verdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin bank hesabındakı (və ya hesablarındakı) ******* (bir milyon iki min beş yüz) manat həddində pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə Şəki Kommersiya Məhkəməsinin 30.04.2021-ci il tarixli e-2-2(117)- 294/2021 nömrəli qərardadı ləğv edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar