Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-3/2022 04.03.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “15282,89 manat əsas borcun, gecikdirmə tarixlərinə görə hesablanmış 1586 manat cərimə məbləğinin, cəmi 16868,89 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “21 417,09 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması” barədə iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı 13.09.2021-ci il tarixdə iddia tələbinin həcmini azaldaraq “15282,89 manat əsas borcun, gecikdirmə tarixlərinə görə hesablanmış 1586 manat cərimə məbləğinin, cəmi 16868,89 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi” ni tələb etmişdir. Şəki Kommersiya Məhkəməsinin 07.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş materialları 15.10.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 02.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borc məbləğinin ödənildiyini və iddiadan imtina etdiklərini bildirmişdir. Şəki Kommersiya Məhkəməsi tərəfindən 02.02.2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilərək Şəki Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(117)-3/2022 nömrəli işin məhkəməyə qaytarılması xahiş edilmiş və iş 18.02.2022-ci il tarixdə məhkəməyə icrasız geri qaytarılmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, hazırki vəziyyətdə iddiaçının iddiadan imtina etməsi qanuna ziddi olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “15282,89 manat əsas borcun, gecikdirmə tarixlərinə görə hesablanmış 1586 manat cərimə məbləğinin, cəmi 16868,89 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-3/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-3/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver