Məhkəmə qərarları › İş №e-2-2(117)-301/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-301/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-301/2024 05.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli GL172 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X1 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd traktor Catman XD 35.4 avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması, 3040.60 (üç min qırx manat altmış qəpik) manat gecikdirilmiş əsas borcun, 2186.71 (iki min yüz səksən altı manat yetmiş bir qəpik) manat və 60 manat (altmış ) manat məbləğində ödənilmiş mediasiya rüsumunun, 112.28 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair mübahisəyə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli GL172 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən İddiaçı QSC) lizinq obyektini lizinq alanın (Cavabdeh) müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu müqavilənin müddəalarında uyğun olaraq 36 ay müddətinə lizinq alanın istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq obyektinin razılaşdırılmış dəyərinin 20 % hissəsi ilkin ödəniş qaydasında lizinq verənə ödənilir. 4.9-cu bəndinə əsasən lizinq alan ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə, lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişinin 0,1 %-nə bərabər həcmdə dəbbə pulu ödəməlidir. 5.2-ci bəndinə əsasən lizinq obyektinin lizinq verən tərəfindən lizinq verənin və lizinq alanın səlahiyyətli nümayəndəsi tərəfindən təhvil-təslim protokolunun imzalanması ilə həyata keçirilir. 6.1-ci bəndinə əsasən lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq verəndə saxlanılır. Lizinq müddəti ərzində lizinq alan lizinq obyekti üzərində yalnız sahiblik və istifadə hüquqlarına malikdir. Lizinq ödənişlərinin həyata keçirilməsi lizinq alanın lizinq obyekti üzərində mülkiyyət hüququna malik olmasını ifadə etmir. 19.2-ci maddəsinə əsasən defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Bu halda lizinq verən lizinq alana yazılı bildiriş verməklə lizinq alandan lizinq obyektinin dərhal və mübahisəsiz olaraq geri qaytarılmasını və lizinq obyektinin geri qaytarılması tarixinədək bu müqavilə üzrə ödənilməli olan bütün ödənişlərin lizinq verənə tam şəkildə ödənilməsini və ya lizinq verənin müstəsna mülahizəsi və seçimi ilə müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin (19.2.1; 19.2.2; 19.2.3) tam şəkildə və birdəfəlik ödənişlə lizinq verənə ödənilməsi şərtilə lizinq obyektinin lizinq alandan geri götürülməsini tələb edə bilər. 19.6-cı bəndinə əsasən 19.6.3-cü yarımbənddə qeyd olunmuş lizinq alan tərəfindən lizinq ödənişlərinin 2 ardıcıl ay üçün ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt hal hesab olunur. 21.1-ci bəndinə əsasən müqavilənin 19.2-ci bəndinə uyğun olaraq defolt halının baş verməsi zamanı lizinq verən lizinq obyektini lizinq alandan geri almaq hüququna malikdir. Lizinq obyekti bu maddəyə əsasən geri alındıqda lizinq alan çəkdiyi hər hansı xərclərin əvəzinin ödənilməsini lizinq verəndən tələb etmək hüququna malik deyildir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilədə icarəyə verən kimi İddiaçı QSC qeyd olunsa da, sonradan həmin cəmiyyətin təşkilatı hüquqi forması dəyişdirilərək İddiaçı ASC-yə çevrimişdir. Elektron Məhkəmə İnformasiya Ssistemindən çıxarışdan da göründüyü kimi hər iki müəssisənin VÖEN nömrələri eynidir. xx.xx.2020-ci il tarixli GL172 nömrəli lizinq müqaviləsinə 1 nömrəli Əlavədən göründüyü kimi cavabdehə ilkin dəyəri 12480 manat olan 1 ədəd №0919507, mühərrik 3124, XD 35,4 Şassi, Catmann markalı traktor verilmişdir. Əlavənin “C” bəndinə əsasən bu Əlavə müqavilənin ayrılmaz tərkib hissəsidir. Həmin Əlavənin “E” bəndinə əsasən əsasən kredit məbləği 6530,60 manat təşkil etmişdir. Eyni zamanda cavabdeh tərəfindən müqavilənin şərtlərinə əsasən ilkin ödəniş olaraq 2880 manat ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən 2880 manat ilkin ödəniş olunmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixinə olan gecikdirilmiş əsas borcu 3040,60 manat, cərimə borcu isə 2186,71 manat təşkil edir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Global Leasinq ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GL172 saylı Lizinq müqaviləsi əsasən ödəniş tapşığına uyğun olaraq 36 ay müddətinə ödəmə şərti ilə 6530.60 manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 12480 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasə cavadeh tərəfindən 2880 manat ilkin ödəniş və 65.31 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası cəmiyyətin xeyrinə ödənilmişdir. Nəticədə xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 3040.60 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 2186.71 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir.Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınnda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2023-cü il tarixində xs991/23 nömrəli printenziya məktubu rəsmi qaydada göndərilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh iddiaçı Global Lizinq ASC qarşısında lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 3040.60 manat gecikdirilmiş əsas borcu, 2186.71 manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaransa da, cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni zamanda xx.xx.2024cü il tarixə cavabdeh 3490 manat manat ödəniş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia təkləbinə etirazla məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, texnika ona təhvil verildiyi zaman saz vəziyyətdə olmamış və ikinci əl texnika olmuşdur. Texnikanı təyinatı üzrə istifadə edə bilməmiş və gəlir əldə edə bilməmişdir. Texnikanı təmir etmək üçün borclanmış və bu səbəbdən də aylıq ödənişlərində gecikmə yaranmışdır. İddiaçı texnikanın götürülməsi ilə bağlı dəfələrlə müraciətlər etsə də iddiçı müraciətinə münasibət bildirməmişdir. Müqavilə üzrə ödəməli olduğu borcu 3000 manat təşkil edir. Gecikməyə görə hesablanmış 2186,71 manat borcu qəbul etmir. Belə ki, gecikmə istifadəyə yararsız və təmirə ehtiyacı olan texnika səbəbindən yaranmışdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, o, iddiaçı ilə lizinq müqaviləsi bağlamışdır. Lakin müqavilə bağlanmazdan öncə traktoru görməmişdir. Traktor təzə olmamışdır. İddiaçıdan soruşduqda bildirmişlər ki, traktor qarajda qalıb ona görə elə görsənir. Traktoru cəmi 1 il işlətmişdir. Zəmanət müddətində ehtiyat hissəsi qırılmış və lizinq şirkəti onu dəyişmişdir. 1 ay sonra yenidən həmin hissə qırılmış lakin lizinq şirkəti hissəni artıq ona pulla sata biləcəklərini bildirmişlər. Özü həmin hissəni yöndurmuş və 150 manat pul vermişdir. 1 il sonra texnikada nasazlıq yaranmış və o, pulu olmadığı üçün traktoru düzəltdirə bilməmişdir. Lizinqə görə 3040.60 manat borcu vardır. O Gürcüstan Respublikasında olduğu zaman lizinq şirkəti onu məhkəməyə vermişdir. Onu hara cağırmışlar ora getmişdir. İddianın rədd olunmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Lizinq müqaviləsi, Lizinq müqaviləsinə 1 nömrəli Əlavə, Maliyyə arayışı, Pretenziya, iddia tələbinə etiraz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə tələbin “daxili lizinq müqaviləsinə xitam verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli GL172 nömrəli lizinq müqaviləsi 36 ay müddətinə bağlanmışdır ki, qeyd edilən müqavilənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Göründüyü kimi hazırki vaxta lizinq müqaviləsinin müddəti bitmişdir və qüvvədə deyildir. Hazırki tarixə müddəti bitməklə qüvvədə olmayan müqavilənin ləğvi mümkün olmadığından məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Sadalanan qanunvericliyin tələblərindən də göründüyü kimi müqavilənin qüvvədə olma müddətində tərəflərdən biri müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqda müqavilə ləğv edilə bilər ki, hazırki iş üzrə ləğv edilməsi tələb olunan müqavilənin müddəti bitmişdir və müddəti bitmiş müqavilənin ləğvindən söhbət gedə bilməz. Bununla yanaşı iddia tələbinin “avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.1ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Tərəflər arasında bağlanmış müqavilənin tələbindən də (21.1-ci bənd) göründüyü kimi öhdəlik cavabdeh tərəfindən icra edilmədikdə lizinq verən lizinq obyektini lizinq alandan geri almaq hüququna malikdir. Tərəflərin razılaşmasında qanuvericiliyin tələbindən kənar hər hansı razılaşma baş tutmamış və lizinq predmeti iddiaçının müstəsna mülkiyyətindədir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 6.1-ci bəndindən də göründüyü kimi lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq verəndə saxlanılır. Bu səbəbdən məhkəmə hesab edir ki, lizinq predmeti iddiaçının mülkiyyətində olduğundan iddiaçı əmlakını başqasının qanunsuz sahibliyindən geri tələb edir ki, bunda da haqlı olmuşdur və bu səbəbdən lizinq predmeti iddiaçıya qaytarılmalıdır. Bundan başqa 3040,60 manat əsas borcun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli GL172 nömrəli lizinq müqaviləsinə əsasən iddiaçı cavabdehin müraciəti əsasında müqaviləyə 1 nömrəli Əlavədə adı qeyd olunmuş texnikanı lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində 48 ay müddətinə cavabdehin istifadəsinə verməyi öhdəsinə götürmüş, sonuncu isə lizinq obyektinin razılaşdırılmış dəyərinin 20 % hissəsi ilkin ödəniş qaydasında lizinq verənə ödənilməsini öhdəsinə götürmüşdür. 19.2-ci maddəsinə əsasən defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Bu halda lizinq verən lizinq alana yazılı bildiriş verməklə lizinq alandan lizinq obyektinin dərhal və mübahisəsiz olaraq geri qaytarılmasını və lizinq obyektinin geri qaytarılması tarixinədək bu müqavilə üzrə ödənilməli olan bütün ödənişlərin lizinq verənə tam şəkildə ödənilməsini və ya lizinq verənin müstəsna mülahizəsi və seçimi ilə müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin (19.2.1; 19.2.2; 19.2.3) tam şəkildə və birdəfəlik ödənişlə lizinq verənə ödənilməsi şərtilə lizinq obyektinin lizinq alandan geri götürülməsini tələb edə bilər. 19.6-cı bəndinə əsasən 19.6.3-cü yarımbənddə qeyd olunmuş lizinq alan tərəfindən lizinq ödənişlərinin 2 ardıcıl ay üçün ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt hal hesab olunur. xx.xx.2020-ci il tarixli GL172 nömrəli lizinq müqaviləsinə 1 nömrəli Əlavədən göründüyü kimi cavabdehə ilkin dəyəri 12480 manat olan 1 ədəd №0919507, mühərrik 3124, XD 35,4 Şassi, Catmann markalı traktor verilmişdir. Həmin Əlavənin “E” bəndinə əsasən əsasən kredit məbləği 6530,60 manat təşkil etmiş və cavabdeh tərəfindən müqavilənin şərtlərinə əsasən ilkin ödəniş olaraq 2880 manat ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən 2880 manat ilkin ödəniş olunduqdan sonra cavabdehin xx.xx.2024-cü il tarixinə olan gecikdirilmiş əsas borcu 3040,60 manat, cərimə borcu isə 2186,71 manat təşkil etmişdir. Cavabdeh iddia tələbinə etirazında və məhkəmə iclasında verdiyi izahatında 3040,60 manat borcunun olmasını etiraf etmişdir. Göründüyü kimi iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmiş, lizinq müqaviləsi üzrə razılaşdırılmış qaydada avadanlığı cavabdehə lizinqə vermiş, lizinq alan ilkin ödəniş etdikdən sonra avadanlığın qalan lizinq dəyərini lazımınca ödəməmişdir. Bu səbəbdən 3040,60 manat gecikdirilmiş əsas borc öhdəliyi yaranmışdır. Cavabdeh hazırki vaxtadək həmin öhdəliyini icra etməmişdir ki, cavabdehdən tələb olunan məbləğdə borc iddiaçının xerinə tutulmalıdır. Bundan başqa məhkəmə 2186,71 manat cərimə borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.9-cu bəndinə əsasən lizinq alan ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə, lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişinin 0,1 %-nə bərabər həcmdə dəbbə pulu ödəməlidir. Dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh borcunu tam şəkildə ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən məhkəmə dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək, cavabdehdən əsas borc məbləğinin 5 %-i həddində 150 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəyə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən iddianın qiymətləndirilməyən hissəsinə görə (müqaviləyə xitam verilməsi) 100 manat, iddianın qiymətinə əsasən isə ödənilməli dövlət rüsumu 72,27 manat olmaqla 172,27 manat (100 +72,27=172,27) təşkil edir. İddianın qiymətləndirilməyən hissəsinə münasibətdə ödənilməli 100 manat dövlət rüsumu iddia həmin hissədə rədd edildiyindən iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən iddianın qiymətinə uyğun ödənilməli 72,27 manat dövlət rüsumunun 28,16 manatı iddiaçıdan, 44,11 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 100 manat dövlət rüsumu qiymətləndirilməyən iddiaya münasibətdə, 28.16 manat dövlət rüsumu qiymətləndirilən iddiaya münasibətdə dövlət büdcəsinə ödənilməlidir ki, iddiaçı tərəfindən 112.68 manat dövlət rüsumu və 60 manat mediasiya xərci ödənilmişdir. İddiaçı tərəfindən ödənilmiş 112.68 manat dövlət rüsumundan qiymətləndirilməyən hissəyə münasibətdə ödənilməli 100 manat çıxıldıqda, qalan 12,68 manat rüsum iddianın qiymətinə uyğun iddiaçı tərəfindən büdcəyə ödənilməli 28,16 manat rüsumdan çıxılmaqla ödənilməmiş 15,48 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 44,11 manat dövlət büdcəsinə və iddiaçıdan 15,48 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğdən iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 15,48 manat dövlət rüsumu çıxılmaqla 44,52 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 15,48 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 44,11 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 59,59 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lizinq predmeti olan 1 ədəd traktor Catman XD 35.4 avadanlığı saz və işlək vəziyyətdə Cavabdeh alınaraq İddiaçı ASC-yə qaytarılsın. Cavabdeh 3040,60 manat əsas, 150 manat cərimə borcu və 44,52 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Cavabdeh ödənilməmiş 59,59 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar