Məhkəmə qərarları › İş №e-2-2(117)-306/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-306/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-306/2024 13.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 3585.25 manat məbləğində əsas borcun, 55.86 manat ödənilmiş rüsum xərclərinin, ümumilikdə 3641.11 manat borcun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 3585.25 manat məbləğində əsas borcun, 55.86 manat ödənilmiş rüsum xərclərinin, ümumilikdə 3641.11 manat borcun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən borcun tam məbləğdə ödənildiyi bildirmiş və ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, və iş materiallarını araşdırıb hesab edir ki, hazırki vəziyyətdə iddiaçının iddianın geri qaytarılması barədə müraciəti məhkəmə tərəfindən qəbul edilərsə, bu hal cavabdehin hüquqlarına və qanuni maraqlarının ziddinə çıxış edər. Belə ki, əslində cavabdeh tələb edilən borcu tam ödəsə də, iddiaçının nümayəndəsi iddianın qaytarılmasını tələb edir, lakin mübahisə artıq mövcud deyil, borc tam ödənilmişdir. İddianın geri qaytarılması gələcəkdə cavabdehin hüquqlarının pozulması ilə nəticələnə bilər və ona qarşı eyni tələbin yenidən məhkəmədə irəli sürülməsi ilə nəticələnə bilər. Hazırkı vəziyyətdə tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. Bundan əlavə iddianın qaytarılması barədə prosessual qərar hazırkı sadələşdirilmiş icraatın xarakterinə uyğun gəlmir. Məhkəmə işin hallarını nəzərə alıb belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi borc cavabdeh tərəfindən tam ödənildiyindən, beləliklə də tərəflər arasında mübahisə olmadığından işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə ki, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 3585.25 manat məbləğində əsas borcun, 55.86 manat ödənilmiş rüsum xərclərinin, ümumilikdə 3641.11 manat borcun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar