Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-308/2023 16.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi ilə, Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “dövlət büdcəsinə olan 9412,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 497,26 manat, İşsizlikdən sığorta fonduna olan 11,61 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE -*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “dövlət büdcəsinə olan 9412,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 497,26 manat, İşsizlikdən sığorta fonduna olan 11,61 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE -*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(117)-307/2023 nömrəli qətnaməsi ilə ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan vergi üzrə ümumilikdə 9412,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 497,26 manat, İşsizlikdən Sığorta Fonduna olan 11,61 manat, İcbari Tibbi Sığorta Fonduna olan 79,49 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün xx.xx.1977-ci il təvəllüdlü, Göyçay rayonu Şəkili kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE seriyalı ********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulmuşdur. Dövlət rüsumu ödənilmədiyindən qaytarılmır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan 9412,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 497,26 manat, İşsizlikdən sığorta fonduna olan 11,61 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE -*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-308/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-308/2023
16.03.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver