Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-31/2023 18.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh MMC-yə qarşı “61452,83 manat borcun və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Sifarişçi Cavabdeh MMC ilə icraçı N nömrəli hərbi hissə arasında xx.xx.2020-ci il tarixədək bağlanmış xx.xx.2020-ci il tarixli 5738 nömrəli gəmilərin kirayə verilməsinə dair müqaviləyə əsasən icraçı hərbi hissə 2020-ci ilin iyun ayından üzən kran, yük daşıyan gəmi və yedək gəmilərin sifarişçinin təyin etdiyi məntəqəyə gətirilməsi və aparılmasını təmin etməklə 6 ay müddətində kirayə verilməsini, sifarişçi isə bütün texniki normaların yerinə yetirilməsi, təhlükəsizlik texnikası və yanğından mühafizə normalarına nəzarət edəcəyini və müəyyənləşdirilmiş məbləğdə pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5-ci bəndində üzən kran, yükdaşıyan gəmi və yedək gəmisinin lövbərdə və ya körpüdə dayandıqda, yükləmədə və hərəkətdə olarkən sutkalıq istismar dəyəri ƏDV nəzərə alınmadan müəyyən edilmişdir. İcraçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, sifarişçi yerinə yetirməmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş işlərin saat hesabatı və həmin saatlara görə hesablanan məbləğlərin cədvəlinə əsasən cavabdehin kiçik desant gəmisi üzrə 7760,79 manat, üzən kran üzrə 41493,35 manat, T780 yedək kateri üzrə 6855,19 manat və T759 yedək kateri üzrə 5343,50 manat olmaqla ümumilikdə 61452,83 manat borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliyini tam yerinə yetirmədiyindən onun ödənilməmiş 61452,83 manat borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1547 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, kiçik desant gəmisi, üzən kran və yedək karterlərin istismar dəyəri təxminən 61452,83 manat təşkil edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Nümayəndə xx.xx.2023-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək ürəyində problem olduğunu, əməliyyat olacağını bildirmiş və bu səbəbdən məhkəmə iclasının 20 gün sonraya təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi səhhəti ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, bu halı təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Cədvəl, Müqavilə, Ekspert rəyi, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə tərəflər arasında yaranmış hüquqi münasibətlərin xarkaterinə münasibətdə onu qeyd edir ki, iş materialları ilə təsdiq olunur ki, hazırki iş üzrə iddiaçı olan icraçı tərəfindən iş üzrə cavabdeh olan sifarişçinin icarəsinə kiçik desant gəmisi, üzən kran və yedək katerlər verilmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflər arasında icarə ilə bağlı hüquq münasibətləri yaranmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675, 700.1, 700.2.). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, sifarişçi Cavabdeh MMC ilə icraçı N nömrəli hərbi hissə arasında xx.xx.2020-ci il tarixədək bağlanmış xx.xx.2020-ci il tarixli 5738 nömrəli gəmilərin kirayə verilməsinə dair müqaviləyə əsasən icraçı hərbi hissə 2020-ci ilin iyun ayından üzən kran, yük daşıyan gəmi və yedək gəmilərin sifarişçinin təyin etdiyi məntəqəyə gətirilməsi və aparılmasını təmin etməklə 6 ay müddətində icarəyə verilməsini, sifarişçi isə bütün texniki normaların yerinə yetirilməsi, təhlükəsizlik texnikası və yanğından mühafizə normalarına nəzarət edəcəyini və müəyyənləşdirilmiş məbləğdə pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. İcraçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, sifarişçi yerinə yetirməmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş işlərin saat hesabatı və həmin saatlara görə hesablanan məbləğlərin cədvəlinə əsasən cavabdehin kiçik desant gəmisi üzrə 7760,79 manat, üzən kran üzrə 41493,35 manat, T780 yedək kateri üzrə 6855,19 manat və T759 yedək kateri üzrə 5343,50 manat olmaqla ümumilikdə 61452,83 manat borcu yaranmışdır. Eyni zamanda işin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1547 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, kiçik desant gəmisi, üzən kran və yedək karterlərin istismar dəyəri təxminən 61452,83 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (61452,83 manat) ödənilməli dövlət rüsumu 274,36 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı ödənilmiş 400 manat mediasiya xərcini cavabdehdən tələb etdiyindən həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə ödənilməli olan 100 manat xərc iddia təmin edildiyindən cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 61452,83 manat borc və 400 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ödənilsin. Ödənilməmiş 274,36 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-31/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-31/2023
18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver