Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-31/2025 20.11.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “dövlət büdcəsinə vergi üzrə olan 53159.52 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə tələbinə dair iddia ərizəsinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı “dövlət büdcəsinə vergi üzrə olan 53159.52 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə tələbinə dair ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-1474/2024 nömrəli qərardadı ilə qeyd edilən iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Maraqlı şəxs cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh vergi orqanının xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 127294/2024 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bundan sonra məhkəmənin təşəbbüsü ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-31/2025 nömrəli qərardadı ilə qeyd edilən iş üzrə icraat təzələnmiş və baxılması üçün məhkəmə iclası təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Ərizəçinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ərizəsini araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göründüyü kimi hazırkı iş üzrə ərizəçi tərəfindən maraqlı şəxsin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququna məhdudiyyətin qoyulması ilə bağlı məhkəməyə müraciət edilmiş, eyni zamanda maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan həmin borc mübahisələndirilərək bununla bağlı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı Bakı İnzibatı Məhkəməsi tərəfindən iddianın təmin edilmədiyi, həmin qərardan apellyasiya şikayəti verildiyi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən inzibati məhkəmənin qərarının ləğv edildiyi müəyyən edilmişdir. Nəticədə məhkəmə hesab edir ki, AR Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən hazırkı iş üzrə mübahisə olduğundan ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “dövlət büdcəsinə vergi üzrə olan 53159.52 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Ərizəçiyə ümumi qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-31/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-31/2025
20.11.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver