Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-32/2020 21.02.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “4132,62 manat abunə və xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla cəmi 4162,62 manat vəsaitin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “4132,62 manat abunə və xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla cəmi 4162,62 manat vəsaitin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmiş, cavabdehə ünvanlanan məhkəmə sənədləri ünvan sahibinə çatmayaraq “ünvan bağlıdır” qeydi ilə məhkəməyə geri qaytarıldığından və sadələşdirilmiş icraat qaydasında bu hala qiymət verilməsi mümkün olmadığından Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il-ci il tarixli e-2-2(117)-32/2020 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsi Nümayəndə xx.xx.2020-ci il tarixli 49 nömrəli vəsatətlə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə göndərilən məhkəmə sənədləri ünvan sahibinə çatmayaraq “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, məhkəmə sənədlərinin cavabdehin məhkəməyə məlum olan ünvanı üzrə göndərilməsini nəzərə alaraq MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, pretenziya məktubu, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə çatdırılmamışdır. Belə ki, iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş poçt göndərişlərinin çatdırılması haqqında xəbərnamələrdə göndərişi alan şəxsin imzası, adı, soyadı və alma tarixi qeyd olunmamışdır ki, bu halda məhkəmə hesab edir ki, göndərilən sənədlər ünvan sahibinə çatdırılmamışdır. Bu halı məhkəmə tərəfindən cavabdehə göndərilən sənədlərin “ünvan bağlıdır” və “bu ünvanda yaşamır” qeydləri ilə məhkəməyə qaytarılması bir daha təsdiq edir. Göründüyü kimi, istər iddiaçı, istərsə də məhkəmə tərəfindən göndərilən sənədlər cavabdehə çatdırılmamaqla cavabdeh hazırkı məhkəmə mübahisəsindən məlumatsızdır. Məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması və müdafiəsini təşkil etməsinə imkan yaradılmasıdır. İddiaçı tərəf hazırkı mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı cavabdehə müraciət etmədiyindən, yəni həmin pretenziyanın cavabdeh tərəfə təqdim olunmasını təmin etmədiyindən və bu qaydanı tətbiq etmək imkanını itirmədiyindən, habelə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasını təmin etmədiyindən məhkəmə hesab edir ki, tərəflər arasında çəkişmə prinsipinin təmin edilməsi üçün ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iş materiallarına əlavə edilməlidir. 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “4132,62 manat abunə və xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla cəmi 4162,62 manat vəsaitin cavabdehdən tutularaq ödənilməsi” tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-32/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-32/2020
21.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver