Məhkəmə qərarları › İş №e-2-2(117)-344/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-344/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-344/2024 16.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “xx.xx.2021-ci il tarixli GL702 nömrəli X2 müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd presbağlayan K22 avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması, lizinq müqaviləsi üzrə 1793,88 manat məbləğində əsas borc, 152,48 manat cərimə borcunun və 139,47 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC (bundan sonra mətndə iddiaçı) Cavabdeh2 və Cavabdeh1 qarşı “xx.xx.2021-ci il tarixli GL702 nömrəli X2 müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd presbağlayan K22 avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması, lizinq müqaviləsi üzrə 1793,88 manat məbləğində əsas borc, 152,48 manat cərimə borcunun və 139,47 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli GL 702 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə verən hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə qeyd edilən kənd təsərrüfatı təyinatlı texnikanı (bundan sonra “Texnika”/”Lizinq obyekti” adlandırılacaq) lizinq alana satmağı, lizinq alan isə hazırki müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügedən texnikanın dəyərini lizinq ödəniş cədvəlində (1 nömrəli əlavə) göstərilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.9-cu bəndinə əsasən lizinq verən lizinq alanın borclu olduğu məbləği və ödənişin gecdikdirildiyi hər günə görə gecikdirilmiş məbləğin aylıq ödənişin 0,1%-i həcmində dəbbə pulu ödənilməsini təmin edir. xx.xx.2021-ci il tarixli Əlavə №1-dən də göründüyü kimi texnikanın ümumi məbləğindən 6550.08 manat güzəşt tədbiq olunmuşdur. Müqavilənin 19.2-ci bəndinə əsasən defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Bu halda lizinq verən lizinq alana yazılı bildiriş verməklə lizinq alandan lizinq obyektinin dərhal və mübahisəsiz olaraq geri qaytarılmasını və lizinq obyektinin geri qaytarılması tarixinədək bu müqavilə üzrə ödəməli olan bütün ödənişləri lizinq verənə tam şəkildə ödənilməsini tələb edə bilər. Müqavilənin 19.6.3-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq ödənişlərinin ən azı 2 ay ardıcıl olaraq ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt halı hesab edilir. Cavabdeh 5280 manat ilkin ödəniş etmiş, 110,50 manat rəsmiləşdirmə üçün iddiaçıya komissiya ödəmişdir. xx.xx.2021-ci il tarixli GL 702 nömrəli lizinq müqaviləsinə 1 saylı Əlavə ilə lizinq obyektinin təsvirində k 220, 2 ipli, 166 seriya, karataş markalı Presbağlayan tərəflərin razılaşdıqları şərtlərlə tam uyğundur. Qeyd edilən sənədlə lizinq obyektinin cavabdehə təhvil verilməsi və bu hər iki tərəfin imzası ilə təsdiq edilir. Cavabdehin xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi lizinq müqaviləsi üzrə 1793,88 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdeh2 xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 306,94 manat məbləği annuitet qaydada iddiaçıya ödəməyi öhdəsinə götümüşdür. xx.xx.2021-ci il tarixli GZ 205 nömrəli (zamin Cavabdeh1), zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə lizinq verənlə lizinq alan – Cavabdeh2 arasında lizinq müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin, lizinq müqaviləsi üzrə lizinq alanın bütün öhdəliklərinin tamamilə icrası üçün bu müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi və ya lazımi qaydada icra etmədiyi təqdirdə, lizinq verən lizinq müqaviləsi üzrə öhdəliklərin icrasını öz müstəsna mülahizəsinə əsasən lizinq alan və ya zamindən tələb edə bilər. Eyni zamanda zaminlik müqaviləsinin 7.2-ci bəndində göstərilmişdir ki, zaminlik müqaviləsi lizinq alanın lizinq verən qarşısında lizinq müqaviləsi üzrə bütün öhdəlikləri tam icra olunanadək qüvvədədir. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı Global Leasinq ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli №GL702 saylı Lizinq müqaviləsi əsasən ödəniş tapşırığına uyğun olaraq 36 ay müddətinə ödəmə şərti ilə 11049.92 manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 22880 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasə cavabdeh tərəfindən 5280 manat ilkin ödəniş və 110.50 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 1793.88 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Lizinq müqaviləsinin təminatı olaraq, Global Leasing MMC və Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli №GZ205 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 152.48 manat cərimə borcu mövcuddur. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli №GL702 saylı“Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X2 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd presbağlayan K220 avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması və 1793.88 manat gecikdirilmiş əsas borcu, 152.48 manat cərimə borcunun və 139.47 manat manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: lizinq müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2021-ci il tarixli GL 702 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə verən hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə qeyd edilən kənd təsərrüfatı təyinatlı texnikanı (bundan sonra “Texnika”/”Lizinq obyekti” adlandırılacaq) lizinq alana satmağı, lizinq alan isə hazırki müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügedən texnikanın dəyərini lizinq ödəniş cədvəlində (1 nömrəli əlavə) göstərilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.9-cu bəndinə əsasən lizinq verən lizinq alanın borclu olduğu məbləği və ödənişin gecdikdirildiyi hər günə görə gecikdirilmiş məbləğin aylıq ödənişin 0,1%-i həcmində dəbbə pulu ödənilməsini təmin edir. xx.xx.2021-ci il tarixli Əlavə №1-dən də göründüyü kimi texnikanın ümumi məbləğindən 6550.08 manat güzəşt tədbiq olunmuşdur. xx.xx.2021-ci il tarixli GL 702 nömrəli lizinq müqaviləsinə 1 saylı Əlavə ilə lizinq obyektinin təsvirində k 220, 2 ipli, 166 seriya, karataş markalı Presbağlayan tərəflərin razılaşdıqları şərtlərlə tam uyğundur. Qeyd edilən sənədlə lizinq obyektinin cavabdehə təhvil verilməsi və bu hər iki tərəfin imzası ilə təsdiq edilir. Cavabdeh2 xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 306,94 manat məbləği annuitet qaydada iddiaçıya ödəməyi öhdəsinə götümüşdür. Lakin cavabdeh iş materiallarında olan sənədlərdən də göründüyü kimi öhdəliyini tam şəkildə yerinə yetirməmiş və bu səbəbdən də ödənilməmiş borcu qalmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi lizinq müqaviləsi üzrə 1793,88 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Əsas borc iş materialları ilə tam təsdiq edilir. xx.xx.2021-ci il tarixli GZ 205 nömrəli (zamin Cavabdeh1), zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə lizinq verənlə lizinq alan – Cavabdeh2 arasında lizinq müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin, lizinq müqaviləsi üzrə lizinq alanın bütün öhdəliklərinin tamamilə icrası üçün bu müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi və ya lazımi qaydada icra etmədiyi təqdirdə, lizinq verən lizinq müqaviləsi üzrə öhdəliklərin icrasını öz müstəsna mülahizəsinə əsasən lizinq alan və ya zamindən tələb edə bilər. Eyni zamanda zaminlik müqaviləsinin 7.2-ci bəndində göstərilmişdir ki, zaminlik müqaviləsi lizinq alanın lizinq verən qarşısında lizinq müqaviləsi üzrə bütün öhdəlikləri tam icra olunanadək qüvvədədir. Qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə tam, cərimə borcuna münasibətdə isə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən 1793,88 manat məbləğində əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Məhkəmə iddia tələbinin “152,48 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.9-cu bəndinə əsasən lizinq verən lizinq alanın borclu olduğu məbləği və ödənişin gecdikdirildiyi hər günə görə gecikdirilmiş məbləğin aylıq ödənişin 0,1%-i həcmində dəbbə pulu ödənilməsini təmin edir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini, lizinq borcu üzrə cərimənin yaranmasına səbəb iddiaçınn hazırkı vaxta kimi məhkməyə müracət eməməsini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 100 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə iddia tələbinin “xx.xx.2021-ci il tarixli GL702 nömrəli X2 müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd presbağlayan K22 avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması” hissəsinə münasibətdə bildirir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli GL702 nömrəli X2 müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğundan və həmin müqavilənin 19.2-ci bəndinə əsasən defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqavilni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Bu halda lizinq verən lizinq alana yazılı bildiriş verməklə lizinq alandan lizinq obyektinin dərhal və mübahisəsiz olaraq geri qaytarılmasını və lizinq obyektinin geri qaytarılması tarixinədək bu müqavilə üzrə ödəməli olan bütün ödənişləri lizinq verənə tam şəkildə ödənilməsini tələb edə bilər. Müqavilənin 19.6.3-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq ödənişlərinin ən azı 2 ay ardıcıl olaraq ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt halı hesab edilir. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli GL702 nömrəli X2 müqaviləsinə xitam verilməli, Cavabdeh2 lizinq predmeti olan 1 ədəd presbağlayan K22 avadanlığın saz və işlək vəziyyətdə alınaraq iddiaçıya geri qaytarılmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada lizinq müqaviləsi üzrə 1793,88 manat məbləğində əsas borc, 100 manat cərimə borcu və 139,47 manat ödənilmiş dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən cavabdehdən dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli GL702 nömrəli X2 müqaviləsinə xitam verilsin. Cavabdeh2 lizinq predmeti olan 1 ədəd presbağlayan K22 avadanlığı saz və işlək vəziyyətdə alınaraq iddiaçıya geri qaytarılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada lizinq müqaviləsi üzrə 1793,88 manat məbləğində əsas borc, 100 manat cərimə borcu və 139,47 manat ödənilmiş dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar