Məhkəmə qərarları › İş №e-2-2(117)-347/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-347/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-347/2024 29.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “1420,25 manat əsas borcun, 60 manat cərimə borcunun və 34,20 manat dövlət rüsumunun tutulması” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “1420,25 manat əsas borcun, 60 manat cərimə borcunun və 34,20 manat dövlət rüsumunun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərdən keçirib hesab edir ki, hazırki ərizəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılan məlumatdan görünür ki, cavabdehin qeydiyyat ünvanı Sumqayıt şəhəri, MİK-8, 24A,1-dir. Bu səbəbdən də hazırki ərizəyə sonuncunun qeydiyyat ünvanı üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndində də tərəflər arasında yaranmış mübahisənin qanunvericiliyin tələbinə uyğun müvafiq məhkəmələr tərəfindən baxılacağı qeyd edilmişdir. Bununla yanaşı tərəflər arasında yaranmış mübahisə müstəsna aidiyyət qaydalarının tətbiq edilməsini də istisna edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki ərizəyə Cavabdeh qeydiyyat ünvanı üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. MPM-nin 14.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məh kəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “1420,25 manat əsas borcun, 60 manat cərimə borcunun və 34,20 manat dövlət rüsumunun tutulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 34,20 manat dövlət rüsumu İddiaçınə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar