Məhkəmə qərarları › İş №e-2-2(117)-352/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-352/2023

06.04.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-352/2023 06.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, Ərizəçi 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan vergi üzrə ümumilikdə 3900,51 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün xx.xx.1987-ci il təvəllüdlü, Qəbələ rayonunun Tikanlı kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA seriyalı *******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan vergi üzrə ümumilikdə 3900,51 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün xx.xx.1987-ci il təvəllüdlü, Qəbələ rayonunun Tikanlı kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA seriyalı *******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 10 Saylı Ərazi Vergilər İdarəsi xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən dövlət büdcəsinə olan borcun tam ödənildiyi üçün məhkəmənin icraatında olan xx.xx.2023-cü il tarixli ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, ərizəçi ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə ərizəçi 10 Saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli ərizəsini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə uyğun analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edilərək həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan vergi üzrə ümumilikdə 3900,51 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün xx.xx.1987-ci il təvəllüdlü, Qəbələ rayonunun Tikanlı kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA seriyalı *******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar