Məhkəmə qərarları › İş №e-2-2(117)-353/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-353/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-353/2021 24.08.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh X4 qarşı “13020 manat borcun, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC və cavabdeh X6 arasında bağlanmış 11.01.2021-ci il tarixli 21/001- AİSCO-DA saylı və 11.01.2021-ci il tarixli 21-002-AİSCO-DA saylı korporativ satış üzrə alqı-satqı müqavilələrinə və müqavilənin ayrılmaz hissəsi olan X2 əsasən, iddiaçı cavabdehə X1 adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, alıcı isə, həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və X1, həmşinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürür. 09.01.2021-ci il tarixdə iddiaçının cavabdeh X5 ümumi dəyəri 24.000 manat olan 30000 kq (30 ton, 600 kisə) Ammofos/Evroxim gübrəsi təhvil verildiyi müəyyən olunur. Cavabdeh X6 həmin məbləğdən cəmi, 5500 manat ödəniş aparmış, qalan məbləğlə bağlı (18500 manat) aralarında 11.01.2021 tarixli 21/001-AİSCO-DA, 21/002- AİSCO-DA müqavilələri bağlanmışdır. 05.03.2021-ci il tarixdə ümumi dəyəri 5480 manat olan 6850 kq Ammofos-Evroxim gübrəsi geri qaytarılmış və iddiaçıya 13020 manat məbləğində borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan 11.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə A.Dadayevanın iddiaçıya 13020 manat borcu mövcuddur. Balakən RPŞ-nin 28.02.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haaqında” qərardan da məlum olur ki, cavabdeh X6 verdiyi izahatında iddiaçıdan 24500 manat məbləğində məhsul aldığını və yalnız 5500 manat məbləğində hissəsində ödədiyini etiraf edir və qalan məbləği ödəməyəcəyini öhdəsinə götürür. KS 001624 nömrəli təhvil-təslim aktından görünür ki, cavabdeh X6 30 000 kq (30 ton, 600 kisə) Ammofos-Evroxim gübrələrini iddiaçıdan təhvil almışdır. Tərəflər arasında bağlanmış 11.01.2021-ci il tarixli “Korporativ satış üzrə alqı-satqı müqaviləsi”nin 3.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddətdə, mallar müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilən ünvanda satıcı tərəfindən alıcıya təhvil veriləcəkdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. Cavabdeh məhkəmə baxışının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567, 600). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında baöğlanmış 11.01.2021-ci il tarixli 21/001-AİSCO-DA saylı və 11.01.2021-ci il tarixli 21- 002-AİSCO-DA saylı korporativ satış üzrə alqı-satqı müqavilələrinə və müqavilənin ayrılmaz hissəsi olan X2 əsasən, 09.01.2021-ci il tarixdə iddiaçının cavabdeh X5 ümumi dəyəri 24.000 manat olan 30000kq (30 ton, 600 kisə) Ammofos/Evroxim gübrəsi təhvil verdiyi müəyyən olunur. Cavabdeh X6 həmin məbləğdən cəmi, 5500 manat ödəniş aparmış, qalan məbləğlə bağlı (18500 manat) aralarında 11.01.2021 tarixli 21/001-AİSCO- DA, 21/002-AİSCO-DA müqavilələri bağlanmışdır. 05.03.2021-ci il tarixdə ümumi dəyəri 5480 manat olan 6850 kq Ammofos-Evroxim gübrəsi geri qaytarılmış və iddiaçıya 13020 manat məbləğində borcu qalmışdır. Balakən RPŞ-nin 28.02.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haaqında” qərardan da məlum olur ki, cavabdeh X6 verdiyi izahatında iddiaçıdan 24500 manat məbləğində məhsul aldığını və yalnız 5500 manat məbləğində hissəsində ödədiyini etiraf edir və qalan məbləği ödəməyəcəyini öhdəsinə götürür. Göründüyü kimi, iş materialları ilə cavabdehin iddiaçıdan qeyd edilən məhsulları təhvil aldığı və borcunu tam ödəmədiyinə görə 13020 manat borcunun mövcud olduğu sübut olunur. Bu səbəbdən qeyd edilən sübutlara əsasən iddia tələbi əsas borca münasibətdə əsaslıdır. İddiaçının 150 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması MPM-nin 121-ci maddəsində nəzərdə tutulmuş norma ilə müəyyən olunur və məhkəmə iddiaçı tərəfin vəkilinin 3 dəfə məhkəmə prosesində iştirakını və gediş-gəliş xərclərini nəzərə alıb belə qənaətə gəlir ki, vəkilin göstərdiyi xidmətə görə 150 manat məbləğində pul tələb etməsi ağlabatandır. MPM-in 121-ci maddəsində nəzərdə tutumuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərclərin 100 manat məbləğində hissəsi cavabdehdən tutulub iddiaçını xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh X3 13020 (on üç min iyirmi) manat borc, 150 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərclər və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar