Məhkəmə qərarları › İş №e-2-2(117)-353/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-353/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-353/2024 06.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “6970,17 manat əsas borc, 90 manat dövlət rüsumunun tutulması” tələbinə dair mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən şirkət (satıcı) mülkiyyətində olan müxtəlif növ malları müştəriyə (alıcı) satmaqla alıcının mülkiyyətinə verməyi, müştəri (alıcı) isə malları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul vəsaitini satıcıya ödəməyi və həmin malları yalnız işlətməkdə olduğu marketdə və ya marketlər zincirində üçüncü şəxslərə satmağı öhdəsinə götürmüşdür. 2.4-cü bəndinə əsasən şirkət bu müqavilə qüvvəyə mindikdən sonra müştərinin (alıcı Cavabdeh) müraciəti əsasında onun sifarişinin, bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla məhsulları müştəriyə əvvəlcədən köçürmə yolu ilə ödəmə və ya nisyə satış qaydasında faktura əsasında verir və müştərinin özü və ya səlahiyyətli nümayəndəsi qaimə-fakturanı imzalamaqla onları qəbul edir. İddiaçı xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 1032.45 manat olan, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 1292 manat olan, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktları ilə ümumi dəyəri 347,86 manat və 682,62 manat olan, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 45,01 manat olan, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 380,57 manat olan, xx.xx.2023-cü il tarixli təhviltəslim aktları ilə ümumi dəyəri 1230,31 manat və 1266,82 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 543,83 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 399,92 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 1102,01 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 63,45 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 18,38 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 92,07 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 227,71 manat olan malları cavabdehə təhvil vermiş və bunlara müvafiq elektron qaimələr cavabdehə təqdim edilmişdir. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini yerinə yetirərək malları təhvil verməsinə və bunu təhvil-təslim aktları ilə rəsmiləşdirməsinə baxmayaraq, cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş və buna görə də ödənilməmiş 6970,17 manat borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə məhkəmə bildirişi və sənədlərinin xx.xx.2024-cü il tarixdə ünvanı üzrə şəxsən təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, təhvil-təslim aktı, elektron qaimələr, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600-cı maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən şirkət (satıcı) mülkiyyətində olan müxtəlif növ malları müştəriyə (alıcı) satmaqla alıcının mülkiyyətinə verməyi, müştəri (alıcı) isə malları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul vəsaitini satıcıya ödəməyi və həmin malları yalnız işlətməkdə olduğu marketdə və ya marketlər zincirində üçüncü şəxslərə satmağı öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 1032.45 manat olan, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 1292 manat olan, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktları ilə ümumi dəyəri 347,86 manat və 682,62 manat olan, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 45,01 manat olan, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 380,57 manat olan, xx.xx.2023-cü il tarixli təhviltəslim aktları ilə ümumi dəyəri 1230,31 manat və 1266,82 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 543,83 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 399,92 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 1102,01 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 63,45 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 18,38 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 92,07 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 227,71 manat olan malları cavabdehə təhvil vermiş və bunlara müvafiq elektron qaimələr cavabdehə təqdim edilmişdir. Göründüyü kimi iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini yerinə yetirərək malları cavabdehə təhvil verməsinə və bunu təhvil-təslim aktları ilə rəsmiləşdirməsinə, həmçinin verilməli malların adları göstərilmiş elektron qaimələri cavabdehə təqdim etməsinə baxmayaraq cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş və buna görə də ödənilməmiş 6970,17 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 6970,17 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 89,7 manat olmalıdır. İddia tələbi təmin edildiyindən 89,7 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. İddiaçı onun tərəfindən ödənilmiş 90 manat dövlət rüsumunu cavabdehdən tələb etsə də, iddianın qiymətinə uyğun hesablanmış 89,7 manat dövlət rüsumu iddia tələbi təmin edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş 0,30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6970,17 manat əsas borc, 89,7 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş 0,30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar