Məhkəmə qərarları › İş №e-2-2(117)-354/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-354/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-354/2024 02.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “14107,66 manat dəyərində borcun və 132,33 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə X3 arasında bağlanmış xam pambığın alqı-satqısına dair xx.xx.2021ci il tarixli, 18/21-86 nömrəli müqaviləyə əsasən fermer ona məxsus Yevlax rayonu Balcılı kəndində yerləşən 8,3 ha torpaq sahəsində pambıq becərməyi və yetişdirdiyi məhsulu MMC-yə satmağı, sonuncu isə məhsulu qəbul etməyi və müqavilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 2332 manat məbləğində şum, 360 manat məbləğində ağır diskli mala, 1547 manat məbləğində mala çəkmə, 830 manat məbləğində sahədaxili kanal çəkmə, 430 manat məbləğində kanal çəkmə, 150 manat məbləğində kanal doldurma, 140 manat məbləğində çiyid səpini, 802,50 manat məbləğində çiyid gübrə səpini, 42 manat məbləğində təkrar çiyid səpini, 4680 manat məbləğində kultivasiya, 867 manat məbləğində kultivasiya gübrə səpini, 4777,50 manat məbləğində dərman səpini, 6600 manat məbləğində pambığın maşınla yığımı, 270 manat məbləğində pambığın çiy yığımı, 11582,90 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 20663,41 manat məbləğində gübrə və dərman, 1794,24 manat məbləğində çiyid, 88,92 manat məbləğində əlavə xərclər nəzərə alınmaqla, ümumilikdə, 57957,47 manat məbləğində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqları, aktlar və qaimə fakturalarla təsdiq olunur. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, öhdəliyini lazımınca yerinə yetimrəmiş, 30985,33 manat məbləğində, 46487,74 kq xam-pambıq təhvil vermiş, 9984,47 manat məbləğində ödəniş etmişdir. Yevlax rayonu, Aran qəsəbə sakini Cavabdeh ərizə ilə İddiaçı MMC-yə müraciət edərək bildirmişdir ki, X3 ilə iddiaçı P-aqro MMC arasında müqavilə bağlansa da, bütün işlər onun tərəfindən görülmüş, yəni 14107 manat borcun ona məxsus olduğunu, borcun digər hissəsi olan 2880 manat Süleymanova məxsusdur. 14107,66 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. İlin sonunadək hazırki borcdan ***-**** manat, 2024-cü ildə isə borcu bağlamağı öhdəsinə götürdüyünü bəyan etmişdir. Bundan sonra 14107,66 manat borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən tələbin icrası Cavabdeh yönəlmişdir. X3 ərizə ilə iddiaçıya müraciət edərək bildirmişdir ki, “P-Aqro! MMC-nin Yevlax filialı ilə xx.xx.2021-ci il tarixdə Yevlax rayon Ağqırax kəndində 8,3 ha torpaq sahəsində pambıq əkilib becərilməsinə dair müqavilə müqavilə bağlanmışdır. Həmin müqavilə ilə aqrotexniki işlər və xidmətlər göstərilmiş, avans vəsaiti ödənilməklə hazırki dövrə kimi 2880 manat məbləğində borcu qalmışdır. 34,58 ha ərazidə pambıq əkmədiyini və həmin torpaq sahəsi ona aid olsa da, həmin borcun ona məxsus olmadığını və bununla bağlı hər hansı akt imza atmadığını bildirmişdir. Bu işlər Yevlax P-aqro MMC filialının müdiri, Fuad (Əliyeva Aynurun yoldaşı) və mühasib tərəfindən aparılmışdır. MMC-nin müdiri Fuadla birgə ona demişdilər ki, borc yaranacağı təqdirdə onlar tərəfindən tam şəkildə ödəniləcək və o da razılıq vermişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Yevlax filialı ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 18/21-86 saylı alğısatqı müqaviləsinə əsasən Yevlax rayonu, Balçılı kəndi ərazisində 8,3 hektar sahədə pambıq əkməyi vəyetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 57957,47 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 30985,33 manat məbləğində, 46487,74 kq xam-pambıq təhvil vermiş, 9984,47 manat məbləğində ödəmə nəzərə alınmaqla, çəkilmiş xərclərdən hazırkı dövrə kimi 16987,67 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Yevlax rayonu, Aran qəsəbə sakini Cavabdeh ərizə ilə İddiaçı MMC-yə müraciət edərək X1 adına bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliyi öz üzərinə götürməklə, işlərin onun tərəfindən görüldüyünu və İddiaçı MMC-yə 14107,66 manat məbləğində borcu olduğunu etiraf etmiş, həmçinin 2023-cü ilin sonunadək borcdan 2000- 3000 manat ödəməyi,2024-cü ilin təsərrüfat mövsümündə isə tam olaraq bağlamağı öhdəsinə götürmüşdür.Bununla bağlı yaranmış borc məbləği Cavabdeh üzərinə yönəlməklə, ondan tələb edilməlidir. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, müqavilə əvvəl X3 ilə bağlansa da, sonra Cavabdeh borcun ötürülməsi ilə bağlı müraciət edib. İddiaçı tərəf olaraq onlar hər iki şəxsi dəvət edib, hər ikisindən razılıq ərizələri almışlar. Cavabdeh kimi X3 yox, Cavabdeh olmuşdur. İddiaçı tərəf olaraq onlar borcun X2, Cavabdeh ötürülməsinə etiraz etməmişlər. Tərəflərin razılıq ərizələri də alınmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Aktlar, Qaimə fakturalar, Ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilələr həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və etibarsız olmamışdr. Hazırkı tələb üzrə də iş üzrə cavabdehin iradəsi mövcuddur və tərəflərin, yəni əvvəlki və yeni borclunun iradəsinə uyğun olaraq borc hazırkı borclu Cavabdeh keçmiş və bu halı kreditor olan iddiaçı bəyənmiş və razılıq vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xam pambığın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, 18/21-86 nömrəli müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında sonuncuya ümumilikdə 57957,47 manat məbləğində işlər görmüş, xidmətlər göstərmiş, avans vermişdir. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqları, aktlar və qaimə fakturalarla təsdiq olunur. Buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitini və görülmüş işlərin dəyərini xam-pambıqla ödəməli və borcunu bağladıqdan sonra iddiaçı təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, öhdəliyini lazımınca yerinə yetimrəmiş, 30985,33 manat məbləğində, 46487,74 kq xam-pambıq təhvil vermiş, 9984,47 manat məbləğində ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, müqavilə X3 ilə bağlansa da, borcun hazırki Cavabdeh ötürülməsi ilə bağlı həm C.Süleymanov, həm də Cavabdeh ərizə verdiklərindən borcun ödənilməsi tələbi hazırki iş üzrə Cavabdeh yönəlmişdir. Cavabdeh ərizəsində bütün işlərin onun tərəfindən görüldüyünü və 14107,66 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəməyə təqdim edilən ərizələr əsasında borcun hazırkı iş üzrə cavabdehə ötürülməsini tərəflər razılaşmış və bunu ərizlərlə rəsmiləşdirmişlər. Göründüyü kimi Cavabdeh 14107,66 manat borcu ödəməyi öhdəsinə götürsə də, öhdəliyini icra etməmiş və ödənilməmiş 14107,66 manat borcu yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə borcunu etiraf etdiyindən və yaranmış borcunu ödəmədiyindən 14107,66 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 132,32 manat təşkil edir ki, iddia tələbi təmin edildiyindən 132,32 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 132,33 manat dövlət rüsumu ödənilmiş və iddiaçı onun tərəfindən ödənilmiş həmin dövlət rüsumunu cavabdehdən tələb etdiyindən 132,33 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 14107,66 manat məbləğində borc və 132,33 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar