Məhkəmə qərarları › İş №e-2-2(117)-360/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-360/2024

01.03.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-360/2024 01.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, ərizəçi Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “X1 dövlət büdcəsinə vergi üzrə olan 136603,15 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 528,75 manat, İcbari Tibbi Sığorta Fonduna olan 84,53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə X1 ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı “X1 dövlət büdcəsinə vergi üzrə olan 136603,15 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 528,75 manat, İcbari Tibbi Sığorta Fonduna olan 84,53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə X1 ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə ərizəçi Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizədə maraqlı şəxs qismində Maraqlı şəxs göstərməsinə baxmayaraq iş üzrə aidiyyəti olmayan başqa şəxs olan - X1 ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş edr. Göründüyü kimi ərizəçi maraqlı şəxsi düzgün müəyyən etməməklə ərizənin formasına və məzmununa dair tələblərə riayət etmədiyindən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “X1 dövlət büdcəsinə vergi üzrə olan 136603,15 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 528,75 manat, İcbari Tibbi Sığorta Fonduna olan 84,53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə X1 ölkədən getmək hüququnun məhdudlaşdırılması” tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar