Məhkəmə qərarları › İş №e-2-2(117)-363/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-363/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-363/2024 06.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “2037,23 manat dəyərində borcun və 40,38 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xam pambığın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, 18/21-40 nömrəli müqaviləyə əsasən fermer Cavabdeh ona məxsus Yevlax rayonunun Kövər kəndində yerləşən 3 ha torpaq sahəsində pambıq becərməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı, sonuncu isə məhsulu qəbul etməyi və müqavilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 418 manat məbləğində şum, 40 manat məbləğində ağır diskli mala, 493 manat məbləğində mala çəkmə, 320 manat məbləğində kanal çəkmə, 220 manat məbləğində kanal doldurma, 42 manat məbləğində çiyid səpini, 165 manat məbləğində gübrəli çiyid səpni, 608 manat məbləğində kultivasiya, 255 manat məbləğində kultivasiya gübrə, 162 manat məbləğində rotasion kultivasiya, 256 manat məbləğində boroza, 929,50 manat məbləğində dərman səpini, 1770 manat məbləğində pambığın kombaynla yığımı, 1575 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 4806 manat məbləğində gübrə və dərman, 1203,20 manat məbləğində çiyid, 430,35 manat məbləğində yığıma görə ödənilən avans vəsait nəzərə alınmaqla, ümumilikdə 13693,05 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktı ilə təsdiq olunur. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 11555,82 manat məbləğində, 14821,10 kq xam-pambıq təhvil vermiş, 100 manat məbləğində nəğd ödəmə nəzərə alınmaqla, çəkilmiş xərclərdən hazırkı dövrə kimi 2037,23 manat məbləğində borcu qalmışdır. Bu hal eyni zamanda tərəflərin imzaları ilə təsdiq edilmiş iş və xidmətlərin yerinə yetirilməsi barədə xx.xx.2023-cü il tarixli aktla da təsdiq olunur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 2037,23 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və bildiriş ünvanı üzrə xx.xx.2024-cü il tarixdə göndərilmiş, buna baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Aktlar, Malların təhvil-qəbul aktları, İş və xidmətlərin yerinə yetirilməsi aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alğı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilələr həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və etibarsız olmamışdr. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xam pambığın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, 18/21-40 nömrəli müqaviləyə əsasən fermer Cavabdeh ona məxsus Yevlax rayonunun Kövər kəndində yerləşən 3 ha torpaq sahəsində pambıq becərməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı, sonuncu isə məhsulu qəbul etməyi və müqavilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 418 manat məbləğində şum, 40 manat məbləğində ağır diskli mala, 493 manat məbləğində mala çəkmə, 320 manat məbləğində kanal çəkmə, 220 manat məbləğində kanal doldurma, 42 manat məbləğində çiyid səpini, 165 manat məbləğində gübrəli çiyid səpni, 608 manat məbləğində kultivasiya, 255 manat məbləğindəkultivasiya gübrə, 162 manat məbləğində rotasion kultivasiya, 256 manat məbləğində boroza, 929,50 manat məbləğində dərman səpini, 1770 manat məbləğində pambığın kombaynla yığımı, 1575 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avansvəsait, 4806 manat məbləğində gübrə və dərman, 1203,20 manat məbləğində çiyid, 430,35 manat məbləğində yığıma görə ödənilən avans vəsait nəzərə alınmaqla, ümumilikdə 13693,05 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktı ilə təsdiq olunur. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitini və görülmüş işlərin dəyərini xam-pambıqla ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə iddaçı almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini lazımınca yerinə yetirməmiş və mövsüm başa çatsa da, 11555,82 manat məbləğində, 14821,10 kq xam-pambıq təhvil vermiş, 100 manat məbləğində ödəniş etmiş, qalan borcunu hazırkı dövrə kimi ödəmədiyindən ümumilikdə 2037,23 manat məbləğində ödənilməmiş borcu qalmışdır. xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından da göründüyü kimi tərəflər aralarında həmin aktla müqavilənin icrası ilə bağlı akt tərtib edildiyi tarixə qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aparmış, üzləşmə cavabdeh tərəfindən imzalanmış, pambığın becərilməsinə görə ümumilikdə 13693,05 manat xərc çəkilmiş, cavabdeh tərəfindən 100 manat borc ödənilmiş, 11555,82 manat dəyərində xam-pambıq qaytarılmış, qalan məbləğ ödənilmədiyindən yekun borc 2037,23 manat (13693,05 - 11655,82 = 2037,23) müəyyən olunmuşdur. Cavabdeh həmin borcu ödəmədiyindən 2037,23 manat borcu yaranmışdır. Bu səbəbdən həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı oluğundan təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (2037,23 manat) ödənilməli dövlət rüsumu 40,37 manat təşkil edir. İddiaçı tərəfindən 40,38 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı onun tərəfindən ödənilmiş 40,38 manat dövlət rüsumunu cavabdehdən tələb etsə də, iddianın qiymətinə uyğun hesablanmış 40,37 manat dövlət rüsumu iddia tələbi təmin edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2037,23 manat borc, 40,37 manat dövlət rüsumu tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar