Məhkəmə qərarları › İş №e-2-2(117)-371/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-371/2024

05.03.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-371/2024 05.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, ərizəçi 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxs və hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 6178,04 manat, İşsizlikdən Sığorta Fonduna olan 3,19 manat, İcbari Tibbi Sığorta Fonduna olan 24,45 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün xx.xx.1971-ci il təvəllüdlü, Yevlax rayonunun Havarlı kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə ərizəçi 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsinə iş materialları ilə birlikdə baxaraq müəyyən etdi: Ərizəçi 11 Saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək “fiziki şəxs və hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 6178,04 manat, İşsizlikdən Sığorta Fonduna olan 3,19 manat, İcbari Tibbi Sığorta Fonduna olan 24,45 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün xx.xx.1971-ci il təvəllüdlü, Yevlax rayonunun Havarlı kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 11 Saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək borc məbləğinin tərkibinin dəqiqləşdirilməsi zərurəti olduğundan ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin ərizəsini araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə ərizəçi e-2-2(117)-371/2024 nömrəli işin məhkəmənin icraatına qəbul edilənədək ərizənin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxs və hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 6178,04 manat, İşsizlikdən Sığorta Fonduna olan 3,19 manat, İcbari Tibbi Sığorta Fonduna olan 24,45 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün xx.xx.1971-ci il təvəllüdlü, Yevlax rayonunun Havarlı kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar