Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-373/2023 07.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 1848,44 manat, İşsizlikdən sığorta fonduna olan 92,17 manat, İcbari Tibbi Sığorta Fonduna olan 60,86 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxxx 1987-ci il, doğulduğu yer – Qax rayonu Qaysarlı kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsinə baxaraq, müəyyən etdi: Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 1848,44 manat, İşsizlikdən sığorta fonduna olan 92,17 manat, İcbari Tibbi Sığorta Fonduna olan 60,86 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxxx 1987-ci il, doğulduğu yer – Qax rayonu Qaysarlı kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi Maraqlı şəxs qarşı “hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 1848,44 manat, İşsizlikdən sığorta fonduna olan 92,17 manat, İcbari Tibbi Sığorta Fonduna olan 60,86 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix xx xxxx 1987-ci il, doğulduğu yer – Qax rayonu Qaysarlı kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə eyni məzmunlu ərizə xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş və e-2-2(117)-370/2023 nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra ərizəçi təkrar eyni maraqlı şəxsə qarşı eyni tələblə məhkəməyə təkrar müraciət etmişdir. Göründüyü kimi, ərizəçi hazırki iş üzrə maraqlı şəxsə qarşı eyni borcunun ödənilməsinə görə ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı eyni ərizə ilə məhkəməyə müraciət etmiş və həmin iş məhkəmənin icraatındadır. Ərizəçi isə eyni tərəfə qarşı eyni tələblə təkrar məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 1848,44 manat, İşsizlikdən sığorta fonduna olan 92,17 manat, İcbari Tibbi Sığorta Fonduna olan 60,86 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxxx 1987-ci il, doğulduğu yer – Qax rayonu Qaysarlı kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizənin icraata qəbulundan imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-373/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-373/2023
07.04.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver