Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-375/2023 07.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli, 329-İ/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 488,6 manat borc, 40 manat dəbbə pulu, 10 manat dövlət rüsumu, mediasiya sessiyasına ödənilmiş 20 manat olmaqla, cəmi 558,60 manat pul vəsaitinin tutulması” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli, 329-İ/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 488,6 manat borc, 40 manat dəbbə pulu, 10 manat dövlət rüsumu, mediasiya sessiyasına ödənilmiş 20 manat olmaqla, cəmi 558,60 manat pul vəsaitinin tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırki ərizəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iş üzrə cavabdehin qeydiyyatda olduğu yer Bərdə rayonu, Zümürxan Ə/D, Zümürxan kəndidir. Bu səbəbdən də hazırki ərizəyə sonuncunun yaşayış yeri üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olduğundan ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məh kəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli, 329-İ/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 488,6 manat borc, 40 manat dəbbə pulu, 10 manat dövlət rüsumu, mediasiya sessiyasına ödənilmiş 20 manat olmaqla, cəmi 558,60 manat pul vəsaitinin tutulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-375/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-375/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver