Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-380/2024 05.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, ərizəçi Bakı Şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin dövlət büdcəsinə vergi üzrə olan 9840,35 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 156,9 manat, İşsizlikdən Sığorta Fonduna olan 6,28 manat, İcbari Tibbi Sığorta Fonduna olan 25,08 məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1976-ci il təvəllüdlü, Yevlax rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE – *******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: Ərizəçi Bakı Şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin dövlət büdcəsinə vergi üzrə olan 9840,35 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 156,9 manat, İşsizlikdən Sığorta Fonduna olan 6,28 manat, İcbari Tibbi Sığorta Fonduna olan 25,08 məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri xx.xx.1976-ci il təvəllüdlü, Yevlax rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE – *******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırki işin məhkəmə araşdırması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan müəyyən edilmişdir ki, iş üzrə maraqlı şəxs, yəni Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə, yəni ərizəçinin məhkəməyə müraciət etdiyi tarixdən öncə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür ki, məhkəmə müraciət edilməzdən öncə ölmüş şəxsə qarşı irəli sürülmüş iddia tələbi mümkün olmamaqla yanaşı ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyil. Bu səbədən ölmüş şəxsə qarşı irəli sürülmüş mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidr. Hazırki iş üzrə ərizəçi ölmüş şəxsə qarşı ərizə ilə məhkəməyə müraciət etmişdir ki, bununla da Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Ərizəçi Bakı Şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin dövlət büdcəsinə ümumilikdə olan 9840,35 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 156,9 manat, İşsizlikdən Sığorta Fonduna olan 6,28 manat, İcbari Tibbi Sığorta Fonduna olan 25,08 məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1976-ci il təvəllüdlü, Yevlax rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE – *******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-380/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-380/2024
05.03.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver