Məhkəmə qərarları › İş №e-2-2(117)-409/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-409/2024

19.03.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-409/2024 19.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “Dövlət Sosial Müdafiə Fonduna olan 2307,94 manat, İşsizlikdən sığorta fonduna olan 91,29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 530,4 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 2307,94 manat, İşsizlikdən sığorta fonduna 91,29 manat, İcbari Tibbi Sığorta Fonduna 530,4 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün həmin fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, vergi borcunu ödəyib, buna dair qəbzləri məhkəməyə təqdim edə bilər. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, ərizəçinin nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən və bu mahiyyət etibari ilə iddia ərizəsinin baxılmamış saxlanılması tələbini də özündə ehtiva etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizəçi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “Dövlət Sosial Müdafiə Fonduna olan 2307,94 manat, İşsizlikdən sığorta fonduna olan 91,29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 530,4 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar