Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-41/2025 14.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna olan 2619,16 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna olan 2619,16 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi” barədə iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixində elektron kabinetlə xx.xx.2025-ci il tarixli ********** nömrəli və ********** nömrəli ödəniş qəbzlərinin surəti məhkəməyə təqdim edərək ümumilikdə İcbari Tibbi Sığorta Fonduna 2 619,14 manat məbləğində vəsait ödənildiyini bildirmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixində elektron kabinetlə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, baxılacaq kommersiya işi üzrə iddia tələbində nəzərdə tutulmuş məbləğin onun tərəfindən könüllü olaraq tam şəkildə ödənildiyini və müvafiq sənədlərin “Elektron Məhkəmə” informasiya sistemi vasitəs ilə təqdim edildiyini nəzərə alaraq, işə xitam verilməsi barədə yekun məhkəmə qərarının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Ərizəçi Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və buna görə də məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə Maraqlı şəxs məhkəməyə təqdim etdiyi qəbzləri nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, maraqlı şəxs tərəfindən sosial sığorta fonduna olan borcun ödənildiyini təsdiq edən sənədlər təqdim edildiyindən və tərəflər arasında hazırkı vəziyyətdə artıq mübahisə mövcud olmadığından işə məhkəmə tərəfindən baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş "xxxx" MMC-yə məxsus şəxsi hesab vərəqəsindən göründüyü kimi həmin hüquqi şəxsin əsas qalıq borcu 2083.72 manat və faiz üzrə qalıq borcu isə 535.42 manat təşkil edir. Bundan başqa maraqlı şəxsin təqdim etdiyi qəbzlərdən görünür ki, xx.xx.2025-ci il tarixində ********** nömrəli qəbz vasitəsilə 535.42 manat və ********** nömrəli qəbz vasitəsilə isə 2083.72 manat məbləğində vəsait "xxxx" MMC tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına ödənilmişdir. Göründüyü kimi maraqlı şəxs İcbari Tibbi Sığorta Fonduna olan borcunu tam şəkildə ödəmişdir. Hazırkı vəziyyətdə tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə ki, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. Qeyd edilən halla bağlı qanunvericilikdə norma nəzərdə tutulmadığından məhkəmə qanunun analogiyasını tətbiq etməklə analoji münasibətləri tənzimləyən prosessual normaların tətbiq edilməsini mümkün hesab edir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna olan 2619,16 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-41/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-41/2025
14.01.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver