Məhkəmə qərarları › İş №e-2-2(117)-416/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-416/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-416/2025 03.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Nümayəndə1 MMC-nin nümayəndəsi X1, Cavabdeh2, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Nümayəndə1 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “11949.20 manat borcun və 126 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi” barədə iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Nümayəndə1 Cavabdeh1nə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11949.20 manat pulun və ödənilmiş 126 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən cavabdehin borcu 11 949 manat olmuş, cavabdeh tərəf sonradan ödənişlər etdiyi üçün borcu azalmışdır. Eyni zamanda müqavilə onların şirkətilə Cavabdeh1 MMC arasında bağlanmış, lakin malları cavabdeh tərəfin bildirdiyi kimi Cavabdeh2 almışdır. Həmin şəxs özü də malları aldığını etiraf edir. Ona görə də Cavabdeh2 birgə cavabdeh kimi məhkəmə icraatına cəlb edilməsi barədə ərizə təqdim etmək istədiklərini və həmin ərizənin məhkəmə icraatına qəbul edilməsini xahiş etdi. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əvvəlki məhkəmə iclasında bildirdiyi kimi hazırda Cavabdeh1 MMC fəaliyyət göstərmir. O, həmin şirkəti müvəqqəti alqı-satqı üçün almışdı. İddiaçı şirkətlə xalası oğlu işləmiş və mal almışdır. Bu işdə cavabdehliyi onlar daşımırlar, borc xalası oğluna aiddir və o da borcunu qəbul edir. İddianı əsassız hesab edirlər və məhkəmədən sənədlərin araşdırılaraq düzgün qərar çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə Cavabdeh2 birgə cavabdeh kimi cəlb edilməsi barədə ərizə təqdim etmiş, həmin ərizə məhkəmənin icraatına qəbul edilmiş və Cavabdeh2 birgə cavabdeh kimi məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçıdan malı o almışdır. Lakin mal keyfiyyətsiz olduğundan həmin malı satıb gəlir əldə edə bilməmişdir. Ona görə də borcu yaranmışdır. Borcunu qəbul edir və hissə-hissə ödəyəcək. Bu borc Cavabdeh1 MMC-nin borcu deyildir, onun borcudur. Borcunu da işlədikcə az-az ödəyəcək. İddiaçı tərəflə razılığıa gəlmək istərdi. Məhkəmə tərəflərə barışıq təklif etmiş və barışıq sazişi bağlanmasının nəticələrini izah etmişdir. Tərəflər məhkəmə iclası zalında barışığa gəlmiş və barışıq sazişini məhkəməyə təqdim etmişlər. Məhkəmə, məhkəmə iclasında tərəflərin imzası ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Təqdim edilmiş barışıq sazişinin məzmunundan müəyyən edilir ki, tərəflər mübahisəni aşağıdakı qaydada məhkəmədə barışıq sazişi bağlamaqla həll etdilər. İddiaçı 11949,20 manat məbləğdə olan iddia tələbini azaldaraq 7596,40 manat tələb edir. Cavabdeh2 7596,40 manat məbləğində vəsaiti hissə-hissə olmaqla 12 ay müddətinə Nümayəndə1 MMC-yə nağd və ya köçürmə yolu ilə ödəyərək tələbi tam təmin edəcəkdir. Cavabdeh1 MMC qeyd edilən borcun ödənilməsi ilə bağlı öhdəliyinin olmadığı tərəflər razılaşır. İddiaçının nümayəndəsi tərəflər arasında barışıq sazişi bağlandığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdehlər barışıq sazişinin təsdiq olunaraq işin icraatına xitam verilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı işə baxılması ilə əlaqədar xx.xx.2025ci il tarixdə ********** nömrəli nömrəli qəbzlə X3 və ya Asanpay vasitəsilə məhkəmənin hesabına ödənilmiş 126 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Nümayəndə1 MMC-nin nümayəndəsi X2, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2, digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. İddiaçı 11949,20 manat məbləğdə olan iddia tələbini azaldaraq 7596,40 manat tələb edir.

2. Cavabdeh2 7596,40 manat məbləğində vəsaiti hissə-hissə olmaqla 12 ay müddətinə Nümayəndə1 MMC-yə nağd və ya köçürmə yolu ilə ödəyərək tələbi tam təmin edəcəkdir.

3. Cavabdeh1 MMC-nin qeyd edilən borcun ödənilməsi ilə bağlı öhdəliyinin olmadığı tərəflər razılaşır.

4. İddiaçının nümayəndəsi tərəflər arasında barışıq sazişi bağlandığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdehlər barışıq sazişinin təsdiq olunaraq işin icraatına xitam verilməsini xahiş edir. İddiaçı Nümayəndə1 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “11949.20 manat borcun və 126 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi” barədə tələbinə dair işin icraatına tərəflər arasında barışıq sazişi bağlandığından xitam verilsin. İddiaçı tərəfindən X3nda və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 126 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar