Məhkəmə qərarları › İş №e-2-2(117)-421/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-421/2025

12.03.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-421/2025 12.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 552,69 manat, İşsizlikdən Sığorta Fonduna olan 15,3 manat, İcbari Tibbi Sığorta Fonduna olan 88,51 manat, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan 13,6 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2,73 manat, dövlət büdcəsinə olan 3353,12 manat borcunun ödənilməsini təmin etmək məqsədi ilə həm hüquqi şəxsin icra orqanının rəhbəri, həm də fiziki şəxs kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyiciləri olan hüquqi şəxs və fiziki şəxs öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 552,69 manat, İşsizlikdən Sığorta Fonduna 15,3 manat, İcbari Tibbi Sığorta Fonduna 88,51 manat, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 13,6 manat, İcbari Tibbi Sığorta Fonduna 2,73 manat, dövlət büdcəsinə 3353,12 manat borcu yaranmışdır. Cəmiyyətin qeydiyyat sənədinə əsasən Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 552,69 manat, İşsizlikdən Sığorta Fonduna 15,3 manat, İcbari Tibbi Sığorta Fonduna 88,51 manat, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 13,6 manat, İcbari Tibbi Sığorta Fonduna 2,73 manat, dövlət büdcəsinə 3353,12 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğlərinin ödənilməsinin təmin edilməsi üçün həm fiziki şəxs, həm hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, vergi orqanına borcu yoxdur. Borclarını ödəmişdir. Buna dair ödəniş sənədlərini və hesabdan çıxarışları məhkəməyə təqdim edə bilər. Maraqlı şəxs və "xxxx" MMC-yə məxsus hesabdan çıxarış, şəxsi hesab vərəqələri və ödəniş tapşırıqları məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 229OPX1250644E72 nömrəli (13.6 manat), 229OPX1250644E8A nömrəli (3129.63 manat), 229OPX1250644E9A nömrəli (54.01 manat), xx.xx.2025-ci il tarixli 229OPX********** nömrəli (99 manat), xx.xx.2025-ci il tarixli 229OPX125070441E nömrəli (389.64 manat) və 229OPX125070441F nömrəli (80 manat) ödəniş tapşırıqlarından göründüyü kimi Maraqlı şəxs tərəfindən ümumilikdə 3765.88 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 105OPX1250644E81 nömrəli (42.69 manat), 105OPX1250644E82 nömrəli (42.7 manat), 105OPX1250644E7F nömrəli (8.03 manat), 105OPX1250644E80 nömrəli (0.61 manat), 105OPX1250644E7E nömrəli (4.93 manat), 105OPX1250644E84 nömrəli (97.65 manat), 105OPX1250644E83 nömrəli (3.1 manat), 105OPX1250644E86 nömrəli (66.44 manat), 105OPX1250644E85 nömrəli (436.1 manat), xx.xx.2025-ci il tarixli **********5/973222153 nömrəli (1.9 manat), **********2/973222151 nömrəli (5.4 manat), xx.xx.2025-ci il tarixli 105OPX********** nömrəli (76.87 manat), 105OPX12507037C8 nömrəli (0.45 manat), 105OPX********** nömrəli (18.65 manat) ödəniş tapşırıqlarından göründüyü kimi "xxxx" MMC tərəfindən ümumilikdə 805.52 manat məbləğində ödəniş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçi tərəfin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara vergi ödəyicisi olan fiziki şəxsin və hüquqi şəxsin şəxsi hesab vərəqələri, bildiriş, xəbərdarlıq, ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək sığortaçının vəzifəsidir. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələridir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3cü maddələrinə əsasən, işçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə Maraqlı şəxs məhkəməyə təqdim etdiyi şəxsi hesab vərəqəsini, hesabdan çıxarışı və qəbzləri nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, maraqlı şəxs tərəfindən dövlət büdcəsinə vergi üzrə və sosial sığorta fondları üzrə olan borcun ödənildiyini təsdiq edən sənədlər məhkəməyə təqdim edildiyindən ərizə rədd edilməlidir Belə ki, maraqlı şəxsin təqdim etdiyi qəbzlərdən görünür ki, Maraqlı şəxs tərəfindən ümumilikdə 3765.88 manat və "xxxx" MMC tərəfindən ümumilikdə 805.52 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi hazırkı vəziyyətdə maraqlı şəxs borcunu tam şəkildə ödədiyindən ərizəçiyə heç bir borcu qalmamışdır. Qeyd edilən halları ümumiləşdirərək məhkəmə bu nəticəyə gəlir ki, hazırkı iş üzrə marqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Hazırki iş üzrə ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddia tələbi rədd edildiyi üçün dövlət rüsumu dövlətin hesabına aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 552,69 manat, İşsizlikdən Sığorta Fonduna olan 15,3 manat, İcbari Tibbi Sığorta Fonduna olan 88,51 manat, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan 13,6 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2,73 manat, dövlət büdcəsinə olan 3353,12 manat borcunun ödənilməsini təmin etmək məqsədi ilə həm hüquqi şəxsin icra orqanının rəhbəri, həm də fiziki şəxs kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar