Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-446/2021 01.07.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı Nümayəndə2 MMC-nin cavabdeh Green Line for General Trading LTD-yə qarşı “24836,64 ABŞ dolları əsas borc, 1241,83 ABŞ dolları cərimə və 5000 ABŞ dolları göstərilmiş hüquqi xidmət və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə2 MMC cavabdeh Green Line for General Trading LTD-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, “24836,64 ABŞ dolları əsas borc, 1241,83 ABŞ dolları cərimə və 5000 ABŞ dolları göstərilmiş hüquqi xidmət və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırkı mübahisəyə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.4-cü maddəsinə əsasən mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Hazırki iş materiallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddianın hüquqi əsasını təşkil edən tərəflər arasında bağlanmış satış müqaviləsinin 8.8-ci bəndində tərəflər hazırki müqavilə üzrə mübahisələrə cavabdehin ünvanı üzrə həmin ölkənin müvafiq məhkəməsində baxılaçağı barədə razılığa gəlmişlər. Göründüyü kimi tərəflər, aralarında müqavilə bağlanan zaman həmin müqavilə üzrə yaranan mübahisələrin ərazi aidiyyətini artıq müqavilə ilə müəyyən etmişlər. Tərəflərin mübahisəyə baxılmasının ərazi aidiyyəti ilə bağlı razılaşması iddiaçının olduğu yer üzrə və iddiaçının qanunvericliyinə uyğun mübahisəyə baxılmasını istisna edir. Belə ki, hazırkı iş üzrə cavabdeh Green Line for General Trading LTD-nin hüquqi ünvanı iş materiallarından müəyyən olunduğu kimi İraq, Suleymaniyah city, Salem street 1, X1-dir və mübahisənin xarakteri Mülki Prosessual Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətə aid deyildir. Belə olan halda tərəflər arasında bağlanmış müqavilənin 8.8-ci bəndinə və mübahisənin xarakterinə əsasən, hazırki mübahisəyə cavabdehin ünvanı üzrə İraq dövlətinin məhkəmələri tərəfindən baxılmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Nümayəndə2 MMC-nin cavabdeh Green Line for General Trading LTD-yə qarşı “24836,64 ABŞ dolları əsas borc, 1241,83 ABŞ dolları cərimə və 5000 ABŞ dolları göstərilmiş hüquqi xidmət və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-446/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-446/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver