Məhkəmə qərarları › İş №e-2-2(117)-446/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-446/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-446/2025 23.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X12 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X9rşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Tibbi Ərazi Bölmələrinin İdarərtmə Birliyi” X17 cəlb edilməklə borc tələbinə dair kommersiya işinə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti: 1 İddiaçı cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qəbələ Mərkəzi Rayon Xəsətəxanası PHŞ-dan təbii qazdan istifadəyə görə yaranmış 76655.25 manat məbləğində əsas borcun, 319.97 manat ödənilmiş rüsum xərcləri, ümumilikdə 76975.22 manat borcun (pulun) məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Qəbələ rayonlarında yerləşən tabeçiliyindəki müəssisələrin inzibati binaları (VÖEN: **********) müvafiq qaydada qazlaşdırılmaqla müvafiq qaz hesabları açılmışdır. Sözügedən müəssisələrə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə istehlakçı arasında sonuncu dəfə xx.xx.2022-ci il tarixli AMX0981/22 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Qəbələ Mərkəzi Rayon Xəsətəxanası PHŞnin tabeçiliyindəki müəssisələrdə uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının ümumilikdə 76655.25 manat (yetmiş altı min altı yüz əlli beş manat 25 qəpik) həcmində olmuşdur. Borclunun qaz hesabında tələb olunan borc qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmişdir Qəbələ Mərkəzi Rayon Xəsətəxanası PHŞborcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsədə tələb olunan tam ödəniş edilməmiş və borc daha da artmışdır. Bundan əlavə cavabdeh Qəbələ Mərkəzi Rayon Xəsətəxanası PHŞ sonuncu dəfəborcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında məktub göndərilsədə, həmin pretenziyalar rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmişdir və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin əsas predmeti ondan ibarətdir ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.3.1-ci bəndinə əsasən “istehlakçı” qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.5-ci bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab “istehlakçı”ya “paylayıcı” tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

3. İddiaçı xx.xx.2025- ci il tarixdə məhkəməyə iddia həcminin azaldılması barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, keçən müddət ərzində cavabdeh tərəf Qəbələ RMX qazanxanasına münasibətbə qismən, digər tabeçiliyində olan müəssisələrinə münasibətdə tam ödəniş etdiyindən iddia ərizəsində tələb olunan borc məbləği faktiki azalaraq 54598.17 manat təşkil etmişdir və ona görə də iddia tələbi həmin hissədə azaldılmalıdır. Odur ki, cavabdeh Qəbələ Mərkəzi Rayon Xəsətəxanası PHŞ-dan təbii qazdan istifadəyə görə yaranmış 54598.17 məbləğində əsas borcun və əvvəlcədən ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia həcminin azaldılması barədə ərizədə göstərilən həcmdə iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” PHŞ yeni tikilmiş binaya 1 iyun 2024-cü il tarixində köçmüşdür. Həmin binaya 3 ay sonra köçüblər və aylıq ödənişləri ediblər. Həmçinin qaz sayğacı tikinti aparıldığı müddətdə quraşdırılıb və tikinti şirkəti tərəfindən istifadə olunmuşdur. Borcun onlara heç bir adiyyatı yoxdur. İddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmənin əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Tibbi Ərazi Bölmələrinin İdarərtmə Birliyi” X12 nümayəndəsi izahatında bildirmişdir ki, tərəflər arasında sayğacla bağlı borc müqaviləsi olmadığına görə iddianı əsassız hesab edir. Qəbələ Rayon Mərkəzi Xəstəxanası yeni tikilmiş binaya köçənə qədər yaranan borcu qarşı tərəfin tələb etməsi əsassızdır.Borcu qəbul etmir və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, qaz paylayıcısı İddiaçı ilə cavabdeh istehlakçı “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X17 arasında xx.xx.2022-ci il tarixli AMX- 0981/22 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” barədə müqavilə bağlanmışdır. Müqavilənin predmentinə əsasən qaz paylayıcısı, istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə öz növbəsində aldığı qazın dəyərini qaz sayğacı göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

9. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AMX-0981/22 nömrəli müqaviləyə əlavə olaraq imzalanan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iddiaçı və Cavabdehə məxsus tibbi müəssisələrə qazın verilməsi barədə razılıqa gəlmişlər. Həmin müəssisələrin adları protokolda qeyd olunmuşdur.

10. İş materiallarında olan Uşaq xəstəxanasına məxsus xx.xx.2021-ci il tarixli **********00050 nömrəli abonentin saldosunda 382,75 manat, Qəbələ rayon mərkəzi xəstəxanasının qazanxanasına məxsus xx.xx.2023-ci il tarixli **********00300 nömrəli abonentin saldosunda 73017 manat, Qəbələ rayon Mərkəzi Xəstəxanasına məxsus X5 Mərkəzi PHŞ-nə məxsus xx.xx.2019-cu il tarixli **********00121 nömrəli abonentin saldosunda 2957,25 manat məbləğində borcun olduğu öz əksini tapmışdır. Daha sonra cavabdeh tərəfindən ödənişlər edilmiş və Qəbələ rayon Mərkəzi Xəstəxanasının qazanxanasına aid olan xx.xx.2023-ci il tarixli **********00300 nömrəli abonentin saldosunda əks olunan 54598,16 manat borc isə ödənilməmiş qalmışdır.

11. İş materiallarında olan “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktından görünür ki, cavabdehiddiaçıya aralarında bağlanan qaz təchizatı barədə müqavilədən irəli gələn olan 76323,25 manat borcu qalmışdır. Həmin akt iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

12. İş materiallarında olan qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, Azəriqaz İB və Qəbələ rayon Mərkəzi Xəstəxanası PHŞ arasında bağlanmış qaz təchizatı barədə müqavilədən irəli gələn olan 48556,50 manat borcun olması barədə aktı iddiaçı və cavabdeh tərəf imzamışdır.

13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, cavabdehin iddiaçıya aralarında bağlanan qaz təchizatı barədə müqavilədən irəli gələn qaz sərfiyyatı aktlarda qeyd olunmuşdur. Həmin aktlar iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

14. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

15. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarərtmə Birliyi” X18 “Qəbələ rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 06 mart 2024-cü il tarixli əmrindən görünür ki, yeni tikilmiş “Qəbələ rayon Mərkəzi Xəstəxanası” PHŞ-in binasına mövcud binanın işçilərinin yerləşdiirlməsi və yeni inanın, yardımçı binaların infrastrukturunun təhvil alınması barədə komissiya yaradılmışdır.

16. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarərtmə Birliyi” X18 “Qəbələ rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 24 may 2024-cü il tarixli əmrində qeyd edilir ki, “Qəbələ rayon Mərkəzi Xəstəxanasının bütün struktur bölmələri və işçi heyəti xx.xx.2024cü il tarixdən etibarən yeni ünvanda Qəbələ şəhəri, 28 may küçəsində tikilmiş binada öz fəaliyyətini davam etdirsin.”

17. İş materiallarında olan Texniki şərtdən görünür ki, Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin qazanxanasının təbii qaz təchizatının təmin olunması üçün cavabdehin müraciəti əsasında İddiaçı İB tərəfindən xx.xx.2014-cü il tarixli 22844 saylı texniki şərt verilmişdir.

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli 45/16 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İddiaçı İB-nə müraciət edərək, xx.xx.2014-cü il tarixli 22844 saylı texniki şərtin etibarlılıq müddəti başa çatdığından onun etibarlılıq müddətinin artırılmasına və "xxxx" MMC-yə layihə-smeta sənədlərinin hazırlanmasına göstəriş verilməsini xahiş etmişdir.

19. İş materiallarında olan texniki şərtdən görünür ki, texniki şərtin sorğu blankı əsasında Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin qazanxanasının qazlaşdırılması ilə bağlı xx.xx.2017-ci il tarixli 28994 nömrəli yeni texniki şərt verilmiş və tələb oluan qaz sərfiyyatı 437.5 m3/saat təşkil etmişdir.

20. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 28994 nömrəli olunan texniki şərt əsasında 2018-ci ildə "xxxx" MMC tərəfindən Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin qazanxanasının qazlaşdırılmasına dair sifarişçi Səhiyyə Nazirliyi Tikilməkdə olan Müəssisələrin Müdriyyəti olmaqla TŞ-28994-2018-03021 saylı işçi layihə hazırlanmış, işçi layihə İddiaçı İB-nin Layihə-smeta və ekspertiza şöbəsi tərəfindən xx.xx.2018-ci ildə 677 saylı, Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət Qaz Nəzarəti İdarəsi tərəfindən xx.xx.2018-ci ildə 1494 saylı, FHN X6 Agentliyində xx.xx.2018-ci ildə 06851 saylı nömrə ilə qeydiyyata alınaraq razılıq verilmişdir.

21. Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin nümayəndəsi X1 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin nümayəndəsi obyektə quraşdırılacaq G-250 markalı qaz sayğacının müəssisənin öz vəsaiti hesabına ilkin dövlət yoxlamasından keçirilməsinə və quraşdırılmasına köməklik göstərilməsini xahiş etmişdir.

22. “Azəriqaz İB” tərəfindən Metrologiya Departamentinə ünvanlanan xx.xx.2021-ci il tarixli SOCAR**********31791640X00369 saylı məktubdan görünür ki, sözügedən sayğacın dövlət yoxlamasından keçirilməsi və bununla bağlı digər tədbirlərin görülməsi xahiş edilmişdir.

23. Metroloğiya Departamenti tərəfindən verilən xx.xx.2021-ci il tarixli sayğacın istismara yararlığı haqqında arayışdan görünür ki, Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ tərəfindən alınmış G-250 markalı ********** nömrəli qaz sayğacı Metrologiya Departamentində yoxlamadan keçirilmiş və xx.xx.2021-ci il tarixli sayğacın istismara yararlığı haqqında arayış verilmişdir.

24. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktından görünür ki, G-250 markalı ********** nömrəli qaz sayğacı işçi layihəyə uyğun Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ-yə quraşdırılması həyata keçirilmişdir.

25. İş materiallarında olan Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin qaz xətlərinin tikintisini həyata keçirən "xxxx" MMC-nin, X2 Agentliyinin, FHN Səanyedə işlərin Təhlükəsiz Görülməsi və X7 Agentliyinin, İddiaçı İB-nin, "xxxx" Firmasının xx.xx.2023-cü il tarixli qaz kəmərinin istismara qəbul aktından görünür ki, tərəflər arasında binadaxili qaz kəmərlərinin istismara qəbulu aktları, Tikinti pasportu qəbul və təsdiq edilmişdir.

26. İş materiallrında olan “TƏBİB” PHŞ-nin “Qəbələ Mərkəzi Rayon Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli 18-1-52/3-1-2244/2023 saylı əmrindən görünür ki, Dəstək xidmətləri şöbəsinin İİ Təsnifat bölməsinin qazanxanaçısı X4 qazanxanada təhlükəsizlik qaydalarına əməl olunmasına cavabdeh şəxs təyin edilmişdir.

27. İş materiallrında olan tərəflərin iştirakı ilə tərtib edilən istehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, müəssisənin qazanxasında istismar ediləcək qaz cihazları qeydiyyata alınmış, toplanmış materiallar əsasında isə Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ-nə xx.xx.2023-cü il tarixli 14-2-1/3-11-6057/2023 saylı məktubla təbii qazın açılışına icazə verilmişdir.

V. Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

VI. Məhkəmənin mövqeyi:

29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

30. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış qaz məhsulunun alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqı-satqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdeh hüquqi şəxsi qaz təchizatı ilə təmin etmiş, cavabdeh isə öz növbəsində istehlak etdiyi qazın dəyərinin bir qismini ödəmiş, 54598,17 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan üzləşmə aktı, abonentin saldosu və digər sənədlərlə öz təsdiqini tapmışdır.

31. Məhkəmə qeyd edir ki, cavabdeh iddia tələbinə etiraz etsə də, etiraz əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilən etirazın halları sübuta yetirilmədiyindən əsassızdır.

32. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və xx.xx.2022-ci il tarixli AMX-0981/22 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasına qazın alqı-satqısı” müqaviləsinə əsasən 54598,17 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 253,79 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

34. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməldir.

Vİ. Nəticə:

35. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X11 təbii qazdan istifadəyə görə yaranmış 54598,17 manat məbləğində borc və ödənilmiş 253,79 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənimiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar