Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-449/2021 31.08.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “27.19.2019-cu il tarixində bağlanmış O000686856 saylı alqısatqı müqaviləsi üzrə 70459 AZN məbləğində əsas borcun, 13147,8 AZN cərimə məbləğinin, cəmi 83606,8 AZN məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək “27.19.2019-cu il tarixində bağlanmış O000686856 saylı alqı-satqı müqaviləsi üzrə 70459 AZN məbləğində əsas borcun, 13147,8 AZN cərimə məbləğinin, cəmi 83606,8 AZN məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 30.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək tələb edilən əsas borc olan 70459 manat məbləğində vəsait tam ödənildiyindən iddia ərizəsinin geri qaytarılmasını, cavabdehin bank hesablarına 70459 manat həddində həbsin qoyulması barədə qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını iddiaçının müraciəti ilə birlikdə araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməməsi məhkəmə tərəfindən iddianın mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirilir. Bundan əlavə, Şəki Kommersiya Məhkəməsinin 09.08.2021-ci il tarixli qərardadı ilə cavabdehin bank hesabına 70459 manat həddində pul vəsaitləri üzərinə həbs qoyulmuşdur. MPM-in 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə həll edildiyindən qeyd edilən qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “27.19.2019-cu il tarixində bağlanmış O000686856 saylı alqısatqı müqaviləsi üzrə 70459 AZN məbləğində əsas borcun, 13147,8 AZN cərimə məbləğinin, cəmi 83606,8 AZN məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun ödənilməsi” tələbinə dair iş üzrə 70459 manat məbləğində əsas borc ödənildiyindən və iddiaçının ərizənin qaytarılması barədə ərizə verdiyindən iddia ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin bank hesabındakı (və ya hesablarındakı) 70459 (yetmiş min dörd yüz əlli doqquz) manat həddində pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə Şəki Kommersiya Məhkəməsinin 09.08.2021-ci il tarixli e-2-2(117)- 449/2021 nömrəli qərardadı ləğv edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-449/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-449/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver