Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-45/2024 08.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-dən 203515,9 manat əsas borc, mediasiya prosesi üçün ödənilən 410 manat, dövlət rüsumu 100 manat və mənəvi zərərə görə isə 10000 manat tutularaq iddiaçı “X1 LTD” MMC-yə ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə BESL/138/2021 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı "xxxx" MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalar, sifariş məktubları və qiymət razılaşdırma protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satmağı, alıcı isə malları almağı və müqabilində satıcıya müqvilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalar, sifariş məktubları və qiymət razılaşdırma protokolları ilə müəyyən edilir. 5.4.1-ci bəndinə əsasən alıcı malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu, xx.xx.2021-ci il tarixli hesab faktura və elektron qaimə ilə ümumi dəyəri 32208 manat olan beton üçün 1250 x 2500 x 18 mm 264 ədəd Plywood (faner) və dəyəri 18964.4 manat olan 364 ədəd 1520 x 1520 x 15 mm dikt faner (bir tərəfi təmiz), xx.xx.2021-ci il tarixli elektron qaimə, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu və xx.xx.2021-ci il tarixli hesab faktura ilə ümumi dəyəri 34838,32 manat olan beton üçün 1250 x 2500 x 18 mm 242 ədəd Plywood (faner), xx.xx.2021-ci il tarixli elektron qaimə, qiymətlərin razılaşdırılması protokolu və hesab faktura ilə ümumi dəyəri 37838,58 manat olan 20,85 ton 12 mm, 12 metrlik armatur, xx.xx.2021-ci il tarixli elektron qaimə, hesab faktura və xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri 26560,13 manat olan 197,62 metr 219 x 8 mm, L11-12 metr tikişsiz metal boru, xx.xx.2021-ci il tarixli elektron qaimə, hesab faktura və xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu, xx.xx.2021-ci il tarixli elektron qaimə, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu və xx.xx.2021-ci il tarixli hesab faktura ilə ümumi dəyəri 5628 manat olan 300 ədəd eni 1 m x L = 9 m x t = 1.5 -1.6 mm şüşəxolst ruberoid və dəyəri 8202 manat olan 300 ədəd 1 m x L = 10 m x t = 1.9 -2 mm şüşəxolst ruberoid alıcı Cavabdeh MMC-yə verilmiş, buna baxmayaraq alıcı müqavilə üzrə öhdəliyini lazmınca yerinə yetirməmiş və nəticədə 203515,9 manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2021-ci il tarixli BESL/138/2021 nömrəli alqı-satqı müqaviləsinin şərtlərində tərəflərin məsuliyyəti göstərilmişdir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir. Cavabdeh müqavilənin müddətinin bitməsinə baxmayaraq hələ də öhdəliklərini yerinə yetirmir və "xxxx" MMC –yə olan 203515,90 manatı (ədv daxil) ödəməkdən yayınır. Bununla yanaşı cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün maddi zərərlə yanaşı mənəvi zərələdə üzləşmişlər. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Qiymətlərin razılaşdırılması protokolu, Elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının tələbi 2 hissədən – 203515,9 manat əsas borcun tutulması və mənəvi zərərə görə isə 10000 manat pulun tutulmasından ibarətdir. Məhkəmə 203515,9 manat əsas borcun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia əsas borca münasibətdə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2021-ci il tarixdə BESL/138/2021 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı "xxxx" MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalar, sifariş məktubları və qiymət razılaşdırma protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satmağı, alıcı isə malları almağı və müqabilində satıcıya müqvilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalar, sifariş məktubları və qiymət razılaşdırma protokolları ilə müəyyən edilir. 5.4.1-ci bəndinə əsasən alıcı malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu, xx.xx.2021-ci il tarixli hesab faktura və elektron qaimə ilə ümumi dəyəri 32208 manat olan beton üçün 1250 x 2500 x 18 mm 264 ədəd Plywood (faner) və dəyəri 18964.4 manat olan 364 ədəd 1520 x 1520 x 15 mm dikt faner (bir tərəfi təmiz), xx.xx.2021-ci il tarixli elektron qaimə, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu və xx.xx.2021-ci il tarixli hesab faktura ilə ümumi dəyəri 34838,32 manat olan beton üçün 1250 x 2500 x 18 mm 242 ədəd Plywood (faner), xx.xx.2021-ci il tarixli elektron qaimə, qiymətlərin razılaşdırılması protokolu və hesab faktura ilə ümumi dəyəri 37838,58 manat olan 20,85 ton 12 mm, 12 metrlik armatur, xx.xx.2021-ci il tarixli elektron qaimə, hesab faktura və xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri 26560,13 manat olan 197,62 metr 219 x 8 mm, L11-12 metr tikişsiz metal boru, xx.xx.2021-ci il tarixli elektron qaimə, hesab faktura və xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu, xx.xx.2021-ci il tarixli elektron qaimə, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu və xx.xx.2021-ci il tarixli hesab faktura ilə ümumi dəyəri 5628 manat olan 300 ədəd eni 1 m x L = 9 m x t = 1.5 -1.6 mm şüşəxolst ruberoid və dəyəri 8202 manat olan 300 ədəd 1 m x L = 10 m x t = 1.9 -2 mm şüşəxolst ruberoid adda malları alıcı Cavabdeh MMC-yə vermiş, buna baxmayaraq alıcı müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməmiş və nəticədə 203515,9 manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. Göründüyü kimi cavabdeh aldığı malların razılaşdırılmış dəyərini ümumiyyətlə ödəmədiyindən onun ödənilməmiş 203515,9 manat borcu qalmışdır ki, bu hal qiymətlərin razılaşdırma protokolları, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimələrlə tam təsdiq olunur. Məhkəmə elektron qaimələrə münasibətdə də qeyd edir ki, həmin elektron qaimələrdə hər iki hüquqi şəxsin möhürü və imzaları öz əksini tapmışdır. Bu səbəbdən həmin elektron qaimələr birbaşa sübut qismində məhkəmə tərəfindən qiymətləndirilir və orada adı qeyd edilən malların cavabdehə təqdim edilməsi təsdiq olunur. Bundan başqa iddiaçı mənəvi zərərə görə 10000 manat pulun ödənilməsini tələb edir və bunu MM-in 21-ci maddəsi və Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumum qərarı ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci madddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Göründüyü kimi başqası tərəfindən vurulmuş mənəvi zərərə görə təzminat tələb etmək hüququ yalnız fiziki şəxsə mənsubdur və istinad olunan qərarda məhz buna istinad edilərək zərərçəkmiş şəxsin keçirdiyi mənəvi sarsıntı və iztiraba görə təmzinat ala bilmə imkanlarını nəzərdə tutur. İddiaçı isə həmin maddəyə istinad edərək mənəvi zərərlə üzləşdiyini iddia edir ki, məhkəmə iddiaçının bu hissədə tələbi ilə razılaşmır və hesab edir ki, tələb bu hissədə rədd edilməlidir. Belə ki, hazırki vəziyyətdə iddiaçı hüquqi şəxs kimi mənəvi zərər iddia edir ki, göründüyü kimi mənəvi zərərin ödənilməsinin tələb edilməsi hüququ yalnız fiziki şəxsə mənsub olduğundan hüquqi şəxs tərəfindən belə bir tələbin irəli sürülməsi mümkün deyildir. Hüquqi şəxs işgüzar nüfuzuna vurulmuş zərərlə bağlı iddia irəli sürmək hüququna malikdir ki, işgüzar nüfuzuna zərər vurulduğunu da sübut etməlidir. Şərh olunanla əsasən məhkəmə qeyd edir ki, hüquqi şəxsə mənəvi zərərin vurulması mümkün olmadığından və iddiaçı onun işgüzar nüfuzuna zərərin dəyməsinə dair məhkəməyə sübut təqdim etmədiyindən iddia qiymət verilən hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (213515,90 manat) ödənilməli dövlət rüsumu 503,52 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 503,52 manat dövlət rüsumunun 23,58 manatı iddiaçıdan, 479,94 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödənildiyindən onun tərəfindən ödənilməli 23,58 manat dövlət rüsumu ödənilmiş dövlət rüsumundan (100 – 23,58 = 76,42) çıxıldıqda 76,42 manat qalır ki, qalan 76,42 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edildiyindən 76,42 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı onun tərəfindən 410 manat mediasiya xərci ödənildiyini iddia etsə də, iş materiallarına əlavə edilmiş mediasiya sənədindən müəyyən olunduğu kimi sonuncu tərəfindən 400 manat mediasiya xərci ödənildiyindən həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Poçt, kagüzarlıq xidməti ilə bağlı mediasiya təşkilatına ödədiyi 10 manat isə tutulmamalıdır. Belə ki, həmin xərc mediasiya sessiyası zamanı çəkilməli olan xərclərin dairəsinə aid deyildir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 203515,9 manat əsas borc, 400 manat mediasiya xərci və 76,42 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh MMC-dən 479,94 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-45/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-45/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver