Məhkəmə qərarları › İş №e-2-2(117)-460/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-460/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-460/2023 12.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “6760 manat məbləğində nağd pulun və mediasiya xidmətinə ödənilən 100 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçı Ağcabədi rayonu yol tikinti sahəsinə ümumi dəyəri ƏDV daxil olmaqla 3359 manat təşkil edən kamera monitor sistemlərini quraşdırmağı, cavabdeh isə malların dəyərini müqaviləyə 1 nömrəli əlavəyə əsasən ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçı Bakı şəhərində yerləşən ofisə ümumi dəyəri ƏDV daxil olmaqla 1751 manat təşkil edən kamera monitor sistemlərini quraşdırmağı, cavabdeh isə malların dəyərini müqaviləyə 1 nömrəli əlavəyə əsasən ödəməyi öhdəsinə götürmüşdür. “Mühafizə xidmətinin göstərilməsi” haqqında xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən mühafizə müəssisəsi olan "xxxx" MMC 1 il müddətinə mülkiyyətçi Cavabdeh MMC-nin əmlakının saxlandığı yerlərin mühafizəsini həyata keçirməyi, sonuncu isə hər ayın sonunda təsdiq edilmiş aylıq qiymət cədvəlinə uyğun müəyyən edilmiş aylıq mühafizə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş qiymət cədvəli ilə aylıq xidmət haqqı 800 manat müəyyən edilmişdir. “Mühafizə xidmətinin göstərilməsi” haqqında xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən mühafizə müəssisəsi olan "xxxx" MMC 1 il müddətinə mülkiyyətçi Cavabdeh MMC-nin əmlakının saxlandığı yerlərin mühafizəsini həyata keçirməyi, sonuncu isə hər ayın sonunda təsdiq edilmiş aylıq qiymət cədvəlinə uyğun müəyyən edilmiş aylıq mühafizə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş qiymət cədvəli ilə aylıq xidmət haqqı 700 manat müəyyən edilmişdir. “Mühafizə xidmətinin göstərilməsi” haqqında xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən mühafizə müəssisəsi olan "xxxx" MMC 1 il müddətinə mülkiyyətçi Cavabdeh MMC-nin əmlakının saxlandığı yerlərin mühafizəsini həyata keçirməyi, sonuncu isə hər ayın sonunda təsdiq edilmiş aylıq qiymət cədvəlinə uyğun müəyyən edilmiş aylıq mühafizə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş qiymət cədvəli ilə aylıq xidmət haqqı 300 manat müəyyən edilmişdir. Qeyd olunan müqavilələr üzrə mühafizə şirkəti öhdəliklərini icra etsə də, cavabdeh yerinə yetirməmiş və nəticədə ödənilməmiş 6760 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması müqavilələr və onlara əlavələrlə ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini tam yerinə yetirmədiyindən onun ödənilməmiş 6760 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə cavabdehin elektron informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış müqavilələr, Müqavilələrə əlavələr, Ödəniş cədvəlləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əvvəla məhkəmə tərəflər arasında bağlanmış müqavilələrin növünə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kamera monitor sistemlərini quraşdırılması ilə bağlı müqavilələr podrat, mühafizə xidmətinin göstərilməsi ilə bağlı müqavilələr isə xidmət müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, görülmüş işlərin və yerinə yetirilmiş xidmətlərin dəyəri tam ödənilmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İnam Mühafizə Şirkəti” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələr və xx.xx.2017-ci il tarixli, xx.xx.2017ci il tarixli, xx.xx.2018-ci il tarixli mühafizə xidmətinin göstərilməsi haqqında müqavilələr bağlanmışdır. xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən “İcraçı” ("xxxx" MMC) kamera-monitorları sisteminin quraşdırılmasını, “Sifarişçi” (Cavabdeh MMC) isə adıçəkilən malların vaxtlı-vaxtında müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavəyə əsasən ödəməyi öhdəsinə götürmüşdür. “Mühafizə xidmətinin göstərilməsi” haqqında müqavilələrə əsasən "xxxx" MMC Cavabdeh MMC-nin əmlakının saxlandığı yerlərin mühafizəsini həyata keçirməyi, sonuncu isə hər ayın sonunda müəyyən edilmiş aylıq mühafizə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh yerinə yetirməmiş və nəticədə ödənilməmiş 6760 manat borcu qalmışdır. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən müqavilələr üzrə cavabdehə məxsus ərazilərdə quraşdırılmış kamera-monitor sistemlərinin cavabdeh tərəfindən sökülüb-aparılması ilə bağlı iddiaçı hüquq mühafizə orqanlarına (polis şöbəsinə) müraciət etmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (6760 manat) ödənilməli dövlət rüsumu 87,60 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı ödənilmiş 100 manat mediasiya xərcini cavabdehdən tələb etdiyindən həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6760 manat borc və 100 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilməmiş 87,60 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar