Məhkəmə qərarları › İş №e-2-2(117)-461/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-461/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-461/2025 17.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs X1 bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində İddiaçınə vurduğu 77.365,03 manat manatın ödənilməməsini, müstəqil auditora ödənilmiş 1500 manat və 326.60 manat dövlət rüsumunun ödənilməsini nəzərə alıb, 77.365,03 manat manat vurulmuş ziyanın, müstəqil auditora ödənilmiş 1500 manat və 326.60 manat dövlət rüsumunun N.Fərzəliyevdən tutulub şirkətə ödənilməsinə dair İddiaçı iddiasının tam təmin edilməsini cinayət işi üzrə hökmdə göstərilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmə tərəfindən hazırki iddia ərizəsinin araşdırılması zaman müəyyən olunmuşdur ki, iş üzrə iddiaçı qismində Elektron Məhkəmə İnformasiyaları sisteminə cavabdeh qismində Cavabdeh daxil edilmişdir. Lakin iddia ərizəsinin əvvəlində və tələb hissəsində cavabdeh qismində X3 göstərilmiş və iddia tələbi ona qarşı yönəlmişdir. Görünür ki, iddia ərizəsinin məzmununda qeyd olunan hissələrdə uyğunsuzluq vardır. Bundan başqa iddia ərizəsinin “xahiş edirəm” hissəsi “təqsirləndirilən şəxs X1 bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində İddiaçınə vurduğu 77.365,03 manat manatın ödənilməməsini, müstəqil auditora ödənilmiş 1500 manat və 326.60 manat dövlət rüsumunun ödənilməsini nəzərə alıb, 77.365,03 manat manat vurulmuş ziyanın, müstəqil auditora ödənilmiş 1500 manat və 326.60 manat dövlət rüsumunun N.Fərzəliyevdən tutulub şirkətə ödənilməsinə dair İddiaçı iddiasının tam təmin edilməsini cinayət işi üzrə hökmdə göstərilməsi barədə” məzmununda qeyd olunmuşdur. Məhkəmə bu hissəyə münasibətdə qeyd edir ki, kommersiya mübahisələri kateqoriyasına aid olan mülki işlərə baxılan zaman yekun məhkəmə aktı olan hökmün çıxarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsinin tələb hissəsində qeyri-müəyyənlik vardır. Məhkəmə qeyd edir ki, iddia tələbi məhkəmə baxışında olan cinayət işi ilə əlaqədardır. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs X3 İddiaçınə qarşı törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində olan cinayət işi üzrə hal-hazırda məhkəmə baxışı aparılır. X3 İddiaçınə vurduğu 77.365,03 manat (yetmiş yeddi min üç yüz altımış beş manat sıfır üç qəpik) manat maddiziyanı indiyə kimişirkətə ödəməmişdir. Həmçinin İddiaçı ilə Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli SA 074 saylı İcazə əsasında fəaliyyət göstərən sərbəst auditor X5 arasında X1 İddiaçınə vurduğu ziyan üzrə müstəqil auditor rəyinin verilməsi məqsədi ilə 22 noyabr 2023-cü il tarixdə “Auditor xidməti göstərilməsinə dair” 074/64 nömrəli müqavilə bağlanılmış və Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: həmin müqavilənin şərtlərinə uyğun olaraq sərbəst auditor X4 1500 (bir min beş yüz) manat ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1,8.1.1,8.1.2,8.1.3-cü maddələrinə görə, X2 qarşı mülki iddia verilməsi üçün İddiaçı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabına 326.60 (üç yüz iyirmi altı manat altımış qəpik) manat dövlət rüsumu ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxs X1 bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində İddiaçınə vurduğu 77.365,03 manat (yetmiş yeddi min üç yüz altımış beş manat sıfır üç qəpik) manatın ödənilməməsi, müstəqil auditora ödənilmiş 1500 (bir min beş yüz) manat və 326.60 (üç yüz iyirmi altı manat altımış qəpik) manat dövlət rüsumunun ödənilməsi nəzərə alınıb, 77.365,03 manat (yetmiş yeddi min üç yüz altımış beş manat sıfır üç qəpik) manat vurulmuş ziyanın, müstəqilauditora ödənilmiş 1500 (bir min beş yüz) manat və 326.60 (üç yüz iyirmialtı manat altımış qəpik) dövlət rüsumunun N.Fərzəliyevdəntutulub şirkətə ödənilməsinə dair İddiaçı iddiasının tam təmin edilməsi cinayət işi üzrə hökmdə göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddələrinin tələblərinə riayət edilməmiş, həmçinin cavabdeh kimi çıxış edən təqsirləndirilən şəxs X3 barəsində cinayət işinə məhkəmədə baxılmaqdadır. Həmin cinayət işi üzrə yekun məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra hazırki iddia ərizəsi ilə kommersiya məhkəməsinə müraciət edilə bilər. Bu səbəbdən iddia ərizəsi və ona əlavə olunan sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə habelə qeyd edir ki, iddiaçı hazırki iddia tələbilə təqsirləndirilən şəxs X3 barəsində cinayət işinə baxan məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 187.1. Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Bundan başqa məhkəmə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu qismən və ya tamailə geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” nın 3.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır. 3.2-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 20 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. 4.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i göstərilməlidir. 4.2-ci bəndinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Qərardad rəsmi qaydada təqdim edildikdən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən ödənilmiş Dövlət rüsumunun büdcədən qaytarılması üçün ərizə ilə dövlət rüsumunun ödənildiyi xəzinədarlıq orqanına müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə AsanPay vasitəsi ilə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçınə dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar