Məhkəmə qərarları › İş №e-2-2(117)-475/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-475/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-475/2025 01.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “xx.xx.2024-cü il tarixli 02/03492 və 02/03493 nömrəli operativ lizinq müqavilələrinə əsasən 3430 manat borc və 54.30 manat dövlət rüsumunun tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı “xx.xx.2024-cü il tarixli 02/03492 və 02/03493 nömrəli operativ lizinq müqavilələrinə əsasən 3430 manat borc və 54.30 manat dövlət rüsumunun tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli 02/03492 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin: 1-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən, lizinqə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun lizinq alana keçməməsi şərtilə 1 ədəd, ******* zavod nömrəli SR-2065 markalı taxılyığan kombaynı xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasında dövr ərzində istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş 1680 manat məbləğində ödənişin həyata keçirilməsini öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 02/03493 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin: 1-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən, lizinqə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun lizinq alana keçməməsi şərtilə 1 ədəd, 2421 zavod nömrəli AG-T5 S markalı Xeder qarğıdalı üçün 5 cərgəli texnikanı xx.xx.2024-xx.xx.2024cü il tarixləri arasında dövr ərzində istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş 4800 manat məbləğində ödənişin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, ümumilikdə 3430 manat ödənilməmiş borcu qalmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli 02/03492 nömrəli və 02/03493 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilələrə əsasən, 1 ədəd SR-2065 Sampo markalı taxılyığan kombayn və 1 ədəd AG- T5 S markalı qarğıdalı xeyder texnikaları cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən müqavilələrə əsasən, 6480 manat ödənilməli olduğu halda, həmin texnikaların istifadəsinə görə 3050 manat ödəniş edilmişdir. Cavabdehin hazırda 3430 manat borcu mövcuddur. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 02/03492 nömrəli akta əsasən 1 ədəd, ******* zavod nömrəli SR-2065 markalı taxılyığan kombaynı, xx.xx.2024-cü il tarixli 02/03493 nömrəli akta əsasən 1 ədəd, 2421 zavod nömrəli AG-T5 S markalı Xeder qarğıdalı üçün 5 cərgəli texnika "xxxx" ASC-nin Yevlax RN-nin Ucar rayon bölməsinin rəhbəri X3 tərəfindən Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 02/03492 nömrəli akta əsasən 1 ədəd, ******* zavod nömrəli SR-2065 markalı taxılyığan kombaynı, xx.xx.2024-cü il tarixli 02/03493 nömrəli akta əsasən 1 ədəd, 2421 zavod nömrəli AG-T5 S markalı Xeder qarğıdalı üçün 5 cərgəli texnika Cavabdeh tərəfindən "xxxx" ASC-nin Yevlax RN-nin Ucar rayon bölməsinin rəhbəri X1 vəziyyətdə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 02/03492 nömrəli operativ lizinq müqaviləsi üzrə 850 manat ödəniş edilmiş, 830 manat ödənilməmiş borcu qalmış, 02/03493 nömrəli operativ lizinq müqaviləsi üzrə 2200 manat ödəniş edilmiş, 2600 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun iddiaçıya ümumilikdə 3430 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, maliyyə arayışı, aktlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında xx.xx.2024cü il tarixli 02/03492 nömrəli və 02/03493 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilələr imzalanmışdır. Müqavilələrin 1-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən, lizinqə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun lizinq alana keçməməsi şərtilə müvafiq olaraq 1 ədəd, ******* zavod nömrəli SR-2065 markalı taxılyığan kombaynı və 1 ədəd, 2421 zavod nömrəli AG-T5 S markalı Xeder qarğıdalı üçün 5 cərgəli texnikanı xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasında dövr ərzində istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə müvafiq olaraq bu müqavilələrin 1.1-ci bəndində müəyyən edilmiş 1680 manat və 4800 manat məbləğində ödənişlərin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, xx.xx.2024-cü il tarixli 02/03492 nömrəli üzrə 830 manat və xx.xx.2024-cü il tarixli 02/03493 nömrəli operativ lizinq müqavilələrinə əsasən 2600 manat, ümimilikdə 3430 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfin iddia tələbi ilə bağlı hər hansı bir etirazı və iddia ilə bağlı münasibəti məhkəməyə daxil olmamış və ona qaşı olan tələbin əsasını mübahisələndirməmişdir. Bu səbəbdən tələb edilən lizinq məbləği tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə uyğunsuzluq təşkil etmədiyindən əlavə araşdırma aparılmamışdır. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə cavabdeh iddia tələbinə dair etirazını məhkəməyə bildirməmiş və ya onun əsasında dayanan sübutlar barədə məhkəməyə hər hansı bir dəlil təqdim etməmişdir. Qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 54.30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 02/03492 nömrəli üzrə 830 manat və xx.xx.2024-cü il tarixli 02/03493 nömrəli operativ lizinq müqavilələrinə əsasən 2600 manat borc, 54.30 manat dövlət rüsumu, cəmi 3484,30 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar