Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-48/2024 20.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “cavabdehdən 11455,34 manat əsas borc və ödənilmiş 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə müraciət edərək “cavabdehdən 11455,34 manat əsas borc və ödənilmiş 200 manat mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı, bildirişi və hüquq və vəzifələrin izahına dair bildirişi xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, yəni həmin tarixdə həm iddiaçı "xxxx" MMC-yə, həm də Cavabdeh elektron kabinet vasitəsilə rəsmi qaydada çatdırılmışdır. Buna baxmayaraq tərəflər xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmənin hazırlıq iclasına və xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmənin baxış iclaslarına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmiş və məhkəmə iclasında iştirak etməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə məlumat təqdim edərək 30 yanvar 2024-cü il tarixə, saat 11:00-a təyin edilmiş məhkəmə iclasında müsəssisənin məşğulluq təsnifatı üzrə menecerinin işdə iştirak edəcəyini bildirsə də, həmin şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmənin müraciətinə baxmayaraq işə baxılması üçün əhəmiyyət kəsb edən malların təhvil verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Bundan sonra tərəflərin iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası növbəti xx.xx.2024-cü il tarixə saat 11:30-a təxirə salınmasına baxmayaraq keçirilən sonuncu məhkəmə iclasında tərəflər iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəblərini məhkəməyə təqdim etməmiş, işə onların iştirakları olmadan baxılması ilə bağlı məhkəməyə müraciət etməmişlər. Tərəflərin özlərinin və ya nümayəndələrinin təkrar məhkəmə iclasında iştirak etməmələrini, habelə işə iştirakları olmadan baxılması barədə məhkəməyə müraciət etməmələrini, o cümlədən məhkəmənin tələb etdiyi sənədlərin təqdim olunmamasını və işə bu vəziyyətdə baxılmasının qeyri-mümkünlüyünü nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın baxılmamış saxlanılması yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “cavabdehdən 11455,34 manat əsas borc və ödənilmiş 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-48/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-48/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver