Məhkəmə qərarları › İş №e-2-2(117)-503/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-503/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-503/2020 22.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, X3 Dövlət Xidmətinin cavabdeh X1 qarşı “Şəki şəhəri M.F.Axundov prospekti 827 ünvanında yerləşən 21 saylı yanacaq doldurma məntəqəsinin (ümumi sahəsi 186,6 m2) və 1745,4 m2 torpaq sahəsinin alqı-satıqısına dair xx.xx.2016-cı il tarixli 3238 nömrəli müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 6100 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: X3 Dövlət Xidməti cavabdeh X1 qarşı “Şəki şəhəri M.F.Axundov prospekti 827 ünvanında yerləşən 21 saylı yanacaq doldurma məntəqəsinin (ümumi sahəsi 186,6 m2) və 1745,4 m2 torpaq sahəsinin alqı-satıqısına dair xx.xx.2016-cı il tarixli 3238 nömrəli müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 6100 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Nümayəndə tərəfindən imzalansa da, sonuncunun X3 Dövlət Xidməti tərəfindən verilmiş iddia ərizəsini imzalamaq səlahiyyətinin olması barədə sübutlar ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı işin araşdırması zamanı müəyyən edilmişdir ki, elektron kabinet vasitəsilə məhkəməyə ünvanlanmış iddia ərizəsi elektron qaydada Nümayəndə tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X2 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Eyni zamanda Fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələrinin təsdiq edilənədək onların öz fəaliyyətlərini mövcud əsasnamələr əsasında davam etdirmələri müəyyən edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2034 nömrəli sərəncamı ilə Nümayəndə xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilən xx.xx.2020-ci il tarixədək Xidmət öz fəaliyyətini Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsi və həmin Komitə tərəfindən xidmət sahəsini əhatə edən sənədlər (əmr, və s.) əsasında həyata keçirmişdir ki, Xidmətin Əsasnaməsinin təsdiq edildiyi xx.xx.2020-ci il tarixdən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətini tənzimləyən sənədlər əsasında hər hansı hərəkətlərin həyata keçirilməsi qanuni deyildir. Buna baxmayaraq hazırkı iş üzrə iddia ərizəsini imzalamış Nümayəndə iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən sübut qismində Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli 42 nömrəli əmrini məhkəməyə təqdim etmişdir ki, həmin əmrlə ona Əmlak Məsələləri Dövlət Xidmətinin deyil Əmlak Məsələləri Dövlət Komitəsinin adından iddia ərizələrini imzalamaq səlahiyyəti verilmişdir. Şərh olunduğu kimi isə hazırda Əmlak Məsələləri Dövlət Komitəsi mövcud olmamaqla yanaşı həmin Komitənin fəaliyyətini tənzimləyən əmr və sair sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin təsdiq edildiyi xx.xx.2020-ci il tarixdə qüvvəsini itirmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Dövlət Xidmətinin cavabdeh X1 qarşı “Şəki şəhəri M.F.Axundov prospekti 827 ünvanında yerləşən 21 saylı yanacaq doldurma məntəqəsinin (ümumi sahəsi 186,6 m2) və 1745,4 m2 torpaq sahəsinin alqı-satıqısına dair xx.xx.2016-cı il tarixli 3238 nömrəli müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 6100 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar