Məhkəmə qərarları › İş №e-2-2(117)-505/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-505/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-505/2024 29.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “10940 manat əsas borcun və ödənilmiş 122,82 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “10940 manat əsas borcun və ödənilmiş 122,82 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, hazırki ərizə geri qaytarılmalıdır. Belə ki, iş məhkəmənin icraatına qəbul olunmuş və xx.xx.2024-cü il tarixli hazırlıq iclası təyin edilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı tərəf məhkəməyə ərizələrlə müraciət edərək tərəflərin razılığını əsas göstərərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh məhkəmə iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, o "xxxx" MMC-ni tanımır, iclasdan əvvəl iddiaçının nümayəndəsi ilə telefonla danışmış və ona bildirmişlər ki, ərizə onunla eyni ad soyada məxsus başqa şəxslə bağlı verilməli olduğu halda səhv verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı işə xitam verilməsini xahiş etsə də, hazırki mərhələdə iddia ərizəsinin geri qaytarılması kimi qəbul edilməlidr. Düzdür, iddiaçı tərəflərin razılaşmasını əsas tutaraq icraata xitam verilməsini xahiş etmiş, lakin məhkəmə iclasında cavabdehin izahatından müəyyən edilir ki, tərəflər nəinki razılaşmayıb, cavabdeh tamamilə başqa bir şəxsdir və onalar arasında hr hansı bir müqavilə bağlanmamışdır. Bu səbəbdən məhkəmə qeyd edir ki, tərəfin xitam verilmə barədə ərizəsi əslində ərizənin qaytarılması barədə ərizə olaraq qəbul edilməsi tərəflərin hüquqlarının və qanuni maraqlarının təminatı baxımından daha uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, işin icraata götürülməsi ilə bağlı qərardad çıxarılsa da, hazırki halda iş üzrə icraatın davam etdirilməsi qanuna ziddir. Bu səbəbdən də idia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “10940 manat əsas borcun və ödənilmiş 122,82 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar