Məhkəmə qərarları › İş №e-2-2(117)-510/2021

Şəki Kommersiya Məhkəməsi Əlavə qətnamə — İş №e-2-2(117)-510/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-510/2021 01.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı “1072,87 manat məbləğində abunə və xidmət haqqı borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarını Şəki Kommersiya Məhkəməsinin iş üzrə qəbul etdiyi 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə birlikdə yenidən nəzərdən keçirib aşağıdakı əlavə qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı “1072,87 manat məbləğində abunə və xidmət haqqı borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki Kommersiya Məhkəməsinin 11.08.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" MMC 02.08.2021-ci il tarixdə məhkəməyə ərizə-vəsatətlə müraciət edərək iddia tələbi üzrə müddətin keçdiyini nəzərə alaraq iddia tələbindən imtina edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229-cu maddəsinə əsasən əlavə qətnamənin tərəfləri xəbərdar edərək çıxarılması nəzərdə tutulsa da, hazırki vəziyyətdə əsas qətnamə sadələşdirilmiş qaydada tərəflər çağırılmadan və məhkəmə iclası keçirilmədən çıxarıldığından qanunun analogiyasının tətbiqi əsasında həmin iş üzrə əlavə qətnamə də eyni qaydada çıxarılmalıdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri yenidən araşdıraraq hesab edir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilən zaman cavabdehin 02.08.2021-ci il tarixli ərizə-vəsatətinə münasibət bildirilmədiyindən, iş üzrə əlavə qətnamə qəbul edilməli və həmin məsələyə məhkəmə tərəfindən münasibət bildirilməlidir. Həmin ərizə-vəsatətə münasibətdə məhkəmə qeyd edir ki, 11.08.2021-ci il tarixli qətnaməsi qəbul edilən zaman əsas sübut kimi 29.07.2019-cu və 31.03.2021-ci il tarixli cari hesab arayışları (invoice) götürülmüşdür. Tərəflər arasında müqavilə 2007-ci il tarixdə bağlansa da, uzun müddət həmin xidmətdən istifadə olunmuş və qeyd edilən arayışlardakı tarixlərə borc məbləği yaranmışdır. Qanunvericilikdə müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklər üzrə iddia müddəti 3 il müəyyən olunmuşdur. Hazırki vəziyyətdə iddia müddəti keçmədiyindən, məhkəmə hesab edir ki, tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa, iş üzrə əlavə qətnamə qəbul edə bilər. Nəticəvi hissə: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “1072,87 manat məbləğində abunə və xidmət haqqı borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası üzrə iddia müddəti keçmədiyindən tətbiq edilə bilməz. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar