Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-510/2023 23.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi,iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “14084,96 manat (5399,96 manat və 8685 manat) maddi zərərin, 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Alıcı İddiaçı ASC ilə fermer Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Q/12 nömrəli yaş tütünün alqı-satqısına dair müqaviləyə əsasən fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 5,8 ha əkin sahəsində NC-291, İTB-683 və İTB-6184 “Virciniya” tipli tütün toxumunun və ştilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığılmasını həyata keçirib tam həcmdə alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi yaş tütünün müqavilə üzrə müəyyən edilmiş texniki şərtlərə və növlərə uyğunluğunu müəyyənləşdirməyi, tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və dəyərini fermerə ödəməyi öhdəsinə götürmüşdür. Alıcı ilə fermer arasında imzalanmış xx.xx.2022-ci il tarixli 01 nömrəli əlavəyə əsasən müqavilənin 1.3-cü bəndinə “alıcı tərəfindən fermerə müvafiq toxum, ştil, gübrə, dərman verilir və alıcı tərəfindən fermerə bütün əkilmə, becərilmə, yetişdirilmə və yığımın həyata keçirilməsi üçün müvafiq aqrar xidmətlər göstərilir” hissəsi əlavə edilmiş, 3.1.1-ci bəndi dəyişdirilərək “fermer bu müqavilə üzər ona aid olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vəzifələrini vicdanla həyata keçirməlidir və yalnız alıcı tərəfindən təqdim ediləcək növdə olan ştil və sertifikatlı toxumdan, gübrələrdən, dərmanlardan və aqrar xidmətlərdən istifadə etməlidir” kimi redaksiya verilmişdir. Alıcı ilə fermer arasında imzalanmış xx.xx.2022-ci il tarixli 02 nömrəli əlavəyə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən 5,8 ha sözləri 7,6 ha sözləri ilə əvəz edilmişdir. Müqavilə şərtlərinə əsasən alıcı cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 360 manat olan (NC291), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 350 manat olan (İTB6184), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktları ilə ümumi dəyəri 525 manat olan (NC291), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 525 manat olan mallar (İTB6184 və İTB683), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 4254,5 manat olan mallar (kalium sulfat, ammofos, ammonium nitrat), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 12612 manat olan mallar(kalium sulfat, ammofos, ammonium nitrat) fermerə təhvil verilmiş, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 40 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 35 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 35 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 35 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 35 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 40 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 40 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 35 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 35 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 275 manat olan (şum), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 120 manat olan (diskli mala), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 45 manat olan (tütün ştilinin daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 45 manat olan (tütün ştilinin daşınması) və xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 60 manat olan (tütün ştilinin daşınması) xidmətlər göstərilmişdir. Malların təhvil-qəbul aktları əsasında fermerə verilən mallar və göstərilən xidmətlərin ümumi dəyəri 8151,50 manat təşkil edir ki, qeyd olunan təhvil-qəbul aktları malları təhvil verən, xidmət göstərən şəxslərin və fermer Cavabdeh imzaları ilə təsdiq edilmişdir. Bundan başqa "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli K5022 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 1 il müddətinə 9792 manat kredit xətti açılmışdır. Eyni zamanda "xxxx" ASC ilə zamin İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z4999 nömrəli zaminlik müqaviləsinə əsasən bank ilə borcalan müqaviləyə 1 nömrəli əlavədə qeyd olunan şəxslər arasında 1 nömrəli əlavədə qeyd olunan kredit müqavilələri əsasında borcalana veriləcək illik 4,5% faiz olmaqla, cərimə faizi illik 5%-dək olmaqla, xx.xx.2023-cü il tarixədək götürülmüş və cəmi məbləğləri 9792 manat məbləğində kredit ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında subsidiar məsuliiyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinə 1 nömrəli əlavəyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli K5022 nömrəli kredit müqaviləsinə əsasən 1 il müddətinə 9792 manat kredit xətti açılmışdır. "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli PBZ-OUT- 00079-2023 nömrəli məktubla müəyyən edilir ki, bank tərəfindən fermer Cavabdeh hesabına 9129,63 manat pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli PBZ-OUT- 00061-2023 nömrəli məktubla müəyyən edilir ki, fermer Cavabdeh götürdüyü kredit borcu üzrə 8617,49 manat əsas, 67,86 manat faiz və 22, 47 manat cərimə borcu zaminlik müqaviləsi əsasında İddiaçı ASC tərəfindən zaminliklə bağlı banka ödənilmişdir. Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş bununla da iddiaçıya 5399,96 manat tütünə görə və 8685 manat zaminlik üzrə ödənilmiş vəsait olmaqla cəmi 14084,96 manat məbləğində borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli Q/12 nömrəli “Yaş tütünün alqı-satqısı”na dair müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh 5,8, müqaviləyə 2 nömrəli əlavə ilə 7,6 ha torpaq sahəsində İddiaçı ASC-dən əldə etdiyi toxum və ştilləri əkməli, becərməli, yetişdirməli və yığımını həyata keçirib tam həcmdə İddiaçı ASC-yə satmalı idi. Lakin, cavabdeh tərəfindən müqavilə üzrə yaş tütünün alqı-satqısı zamanı bir sıra pozuntulara yol verilməklə, cavabdeh torpaq sahəsində tütün əkməkdən imtina edərək, müqavilə öhdəliklərini (şərtlərini) kobud surətdə pozmuşdur. Satıcının müqavilə öhdəliklərini kobud şəkildə pozması nəticəsində, alıcı İddiaçı ASC-yə 5399,96 manat dəyərində maddi zərər dəymiş, eyni zamanda iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Belə ki, Cavabdeh malların təhvilqəbul aktlarına əsasən İddiaçı ASC-dən 360 manat dəyərində toxum, 1400 manat dəyərində ştil, 5516,5 manat dəyərində gübrə, 480 manat dəyərində nəqliyyat xərcləri və 395 manat dəyərində aqro texniki işlərdən istifadə etmişdir. Ümumilikdə cəmiyyətin 8151,5 manat həcmində mallarından istifadə etmiş, bunların dəyərindən 2751,54 manat ödəniş etmiş, qalan məbləği ödəməmişdir. Ödənilməyən borc məbləği 5399,96 manat təşkil edir. Hal-hazırda tərəflər öhdəliklərinin icrasını dayandırmışdır. Məlum olduğu kimi, cavabdeh ilə "xxxx" ASC bağlanmış 27 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, borc vəsaiti cavabdehin və İddiaçı ASC arasına bağlanmış xx.xx.2021-ci il tarixli Q/12 nömrəli yaş tütünün alqı-satqısına dair müqavilə üzrə götürdüyü öhdəliklərin icrasının maliyyələşdirilməsi məqsədini daşımaqdadır. Kredit müqaviləsinin şərtlərinə əsasən, cavabdehin banka olan kredit borcunun ödəniş tarixi 27 yanvar 2023-cü il tarixədək müəyyən edilmişdir. Bu barədə 23 yanvar 2023-cü il tarixdə cavabdehə İddiaçı ASC tərətindən bildiriş verilmişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrası İddiaçı ASC və bank arasında bağlanmış Z4999 nömrəli 27 fevral 2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı ASC-nin zaminliyi ilə təmin edilmişdir. Zaminlik müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün 8685 manat öhdəlik məbləğində pul vəsaiti İddiaçı ASC-nin bank hesabından akseptsiz qaydada silinmişdir. Belə olan halda, öhdəlikləri icra etmiş İddiaçı ASC-nin ona qarşı reqres qaydasında tələb hüququ yaranır, yəni bankın həmin öhdəliklər üzrə tələb hüquqları İddiaçı ASC-yə keçir. İddiaçı ASC həmçinin banka ödənilmiş məbləğdən faizlər ödəməyi və cavabdehin əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir. Satıcı tərəfindən kobud və təkrar pozuntulara yol verildiyi üçün İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Yaş tütünün alqı-satqısı haqqında” Q/12 nömrəli müqavilə üzrə dəymiş 5399,96 manat maddi zərər və "xxxx" ASC ilə bağlanmış 27 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin əvəzinə ödənilmiş borc vəsaitinin 8685 manat hissəsinin 10 gün müddətində İddiaçı ASC-yə ödənilməsi barədə cavabdehə pretenziya ünvanlanmış, ödənişlərin edilməsi tələb olunmuşdur. Lakin, cavabdeh pulu ödəmədiyi üçün mediasiya orqanına müraciət edilmiş, Cavabdeh ilə pulun ödənilməsi üçün barışıq sazişi əldə olunmamışdır. Hazırda cavabdeh maddi zərəri könüllü ödəməkdən imtina etdiyi üçün məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Yaş tütünün alqı-satqısına dair müqavilə, Müqaviləyə 1 və 2 nömrəli əlavələr, Malların təhvil-qəbul aktları, Zaminlik müqaviləsi, "xxxx" ASC-nin məktubları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, iddiaçının tələbi 2 hissədən - yaş tütünün alqısatıqısına dair müqavilənin cavabdeh tərəfindən icra edilməməsinə görə yaranmış 5399,96 manat borcun cavabdeh tərəfindən ödənilməsindən (birinci hissə) və cavabdehin bank qarşısında öhdəliklərini icra etməməsi nəticəsində zaminlik müqaviləsi əsasında zamin olan iddiaçı tərəfindən banka ödənilmiş 8685 manat borcun cavabdehdən alınmasından (ikinci hissə) ibarətdir. İddia tələbinin birinci hissəsinə (5399,96 manat borcun cavabdehdən tutulması) hüquqi qiymət verən məhkəmə əvvəla onu qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqı-satqı müqaviləsi adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Belə ki, müqavilələrin fermerə verilmiş toxum, ştil, gübrə və dərmanın, habelə göstərilmiş aqrar xidmətlərin dəyərinin yaş tütün şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş yaş tütünün qalan hissəsinin satışı isə alqı-satqı müqaviləsi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən oldunduğu kimi, yaş tütün təhvil verilməməklə İddiaçı ASC tərəfindən fermerə verilmiş toxum, ştil, gübrə və dərmanın, habelə göstərilmiş aqrar xidmətlərin dəyəri ödənilmədiyindən, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Alıcı İddiaçı ASC ilə fermer Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Q/12 nömrəli yaş tütünün alqı-satqısına dair müqaviləyə əsasən fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 5,8 ha əkin sahəsində NC-291, İTB-683 və İTB-6184 “Virciniya” tipli tütün toxumunun və ştilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığılmasını həyata keçirib tam həcmdə alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi yaş tütünün müqavilə üzrə müəyyən edilmiş texniki şərtlərə və növlərə uyğunluğunu müəyyənləşdirməyi, tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və dəyərini fermerə ödəməyi öhdəsinə götürmüşdür. Alıcı ilə fermer arasında imzalanmış xx.xx.2022-ci il tarixli 01 nömrəli əlavəyə əsasən müqavilənin 1.3-cü bəndinə “alıcı tərəfindən fermerə müvafiq toxum, ştil, gübrə, dərman verilir və alıcı tərəfindən fermerə bütün əkilmə, becərilmə, yetişdirilmə və yığımın həyata keçirilməsi üçün müvafiq aqrar xidmətlər göstərilir” hissəsi əlavə edilmiş, 3.1.1-ci bəndi dəyişdirilərək “fermer bu müqavilə üzər ona aid olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vəzifələrini vicdanla həyata keçirməlidir və yalnız alıcı tərəfindən təqdim ediləcək növdə olan ştil və sertifikatlı toxumdan, gübrələrdən, dərmanlardan və aqrar xidmətlərdən istifadə etməlidir” kimi redaksiya verilmişdir. Alıcı ilə fermer arasında imzalanmış xx.xx.2022-ci il tarixli 02 nömrəli əlavəyə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən 5,8 ha sözləri 7,6 ha sözləri ilə əvəz edilmişdir. Müqavilə şərtlərinə əsasən alıcı cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 360 manat olan(NC291), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 350 manat olan (İTB6184), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktları ilə ümumi dəyəri 525 manat olan (NC291), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 525 manat olan mallar (İTB6184 və İTB683), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 4254,5 manat olan mallar (kalium sulfat, ammofos, ammonium nitrat), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 12612 manat olan mallar(kalium sulfat, ammofos, ammonium nitrat) fermerə təhvil verilmiş, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 40 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 35 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 35 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 35 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 35 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 40 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 40 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 35 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 35 manat olan (yaş tütünün daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 275 manat olan (şum), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 120 manat olan (diskli mala), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 45 manat olan (tütün ştilinin daşınması), xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 45 manat olan (tütün ştilinin daşınması) və xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 60 manat olan (tütün ştilinin daşınması) xidmətlər göstərilmişdir. Malların təhvil-qəbul aktları əsasında fermerə verilən mallar və göstərilən xidmətlərin ümumi dəyəri 8151,5 manat təşkil edir ki, qeyd olunan təhvil-qəbul aktları malları təhvil verən, xidmət göstərən şəxslərin və fermer Cavabdeh imzaları ilə təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Q/12 nömrəli yaş tütünün alqı-satqısına dair müqavilə və müqaviləyə 1 nömrəli və 2 nömrəli əlavələrlə müəyyən edilmiş qaydada İddiaçı ASC tərəfindən fermerə ümumi dəyəri 5399,96 manat olan mal verilməsi və xidmət göstərilməsi iş materiallarında olan fermer Cavabdeh imzaları ilə təsdiq edilmiş malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapdığından və həmin vəsait cavabdeh tərəfindən lazımınca ödənilmədiyindən 5399,96 manat borc Cavabdeh tutularaq iddiaçı cəmiyyətə ödənilməlidir. İddia tələbinin ikinci hissəsinə (8685 manat borcun cavabdehdən tutulması) münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, borcalan Cavabdeh kreditoru "xxxx" ASC qarşısında öhdəliyini yerinə yetirmədiyindən onun öhdəliyi zamin olan hazırkı İddiaçı ASC tərəfindən yerinə yetirilmişdir. Qanunvericiliyin tələbi baxımından borcun ödənilməsi zamin tərəfindən təmin edildiyindən kreditorun bütün hüquqları zaminə keçmiş və zamin olan hazırkı iddiaçı banka ödədiyi 8685 manat məbləğində borcu borclu Cavabdeh tələb etməkdə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 8685 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (14084,96 manat) ödənilməli dövlət rüsumu 132,26 manat olmalıdır ki, iddia təmin edildiyindən ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iddiaçı onun tərəfindən ödənilmiş 200 manat mediasiya xərcini cavabdehdən tələb etdiyindən həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 14084,96 manat (5399,96 manat və 8685 manat) borc və 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Ödənilməmiş 132,26 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-510/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-510/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver