Məhkəmə qərarları › İş №e-2-2(117)-511/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-511/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-511/2023 14.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “19138,50 manat maddi zərərin və 200 manat mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “19138,5 manat maddi zərər, 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında Z/06 nömrəli yaş tütünün alqı-satqısına dair müqavilə bağlanmışdır. Yaş tütünün alqı-satqısına dair müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə fermer öz mülkiyyətində istifadəsində sahibliyində və ya icarəsində olan 10,4 ha torpaq/əkin sahəsinin (mülkiyyətində, sahibliyində olan icarəyə və ya istifadəyə götürülən torpaq sahələri barədə müqavilə və ya sair digər hüquqmüəyyənedici sənədlər bu müqaviləyə əlavə olunur) NC-291, İTB-683 və İTB-6184 “Virciniya” tipli tütün toxumunun və ştilinin müvafiq aqrotexniki qayadalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə (müxtəlif toxum növlərindən alınan yarpaqları qarışdırmamaq şərtilə) alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi yaş tütünün müqavilə üzrə müəyyən edilmiş texniki şərtlərə və növlərə uyğunluğunu müəyyənləşdirməyi, tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və qəbul olunmuş yaş tütünün bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirmiş dəyərini fermerə ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, “alıcı” sinfinə görə qüvvədə olan təlimat və standartlara əsasən yaş tütünü fermerdən İ sinif üzrə 0,30 AZN/kq, İİ sinif üzrə 0,25 AZN/kq, İİİ sinif üzrə 0,18 AZN/kq qiymətə qəbul edilir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən tədarük edilmiş yaş tütünün dəyərinin ödənilməsi hər 25 iş günü ərzində həftədə bir dəfə olmaqla fermerin təqdim etdiyi elektron qaimə-faktura əsasında alıcı tərəfindən fermerin müvafiq bank hesabına köçürmə yolu ilə həyata keçirir. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 30 dekabr 2022-ci il tarixinədək qüvvədədədir. Yaş tütünün alqı-satqısına dair müqaviləyə 2 nömrəli əlavəyə əsasən həmin müqavilənin 1.1-ci bəndində göstərilmiş “10,4 ha” sözü “4,4 ha” sözü ilə dəyişdirilmişdir. Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında yaş tütünün alqı-satqısına dair bağlanmış müqavilə üzrə müəyyən edilmiş tütünün əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımının həyata keçirilməsi ilə bağlı cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə 15300 manat pul məbləğini kreditin nominal illik faiz dərəcəsi 4,5%, kreditin müddəti bitikdən sonra cərimə faizi 5%, kreditin faktiki illik faiz dərəcəsi 4,5% olmaqla xx.xx.2023-cü il tarixədək ödənilmək şərtilə Cavabdeh verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" arasında bağlanmış Z4999 nömrəli, xx.xx.2022-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs (bundan sonra “Borcalan” adlanacaq) arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında subsidiar məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Zamin, Bank qarşısında Borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, Komisyon, dəbbə pulu, məhkəmə xərcləri və.s məbləği həcmində məsiliyyət daşıyır. 6-cı bəndinə əsasən müqavilə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla daha tez ləğv olunmazsa, müqavilələrin sonuncusunun bitdiyi tarixdən 1 il müddətinədək qüvvədədir. “Malların təhvil-qəbul aktı”ndan görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 612 manat dəyərində toxum, 10808,5 manat dəyərində gübrə və 700 manat dəyərində tütün ştili təhvil almış, bunlardan cavabdeh 506.5 manat dəyərində gübrə təhvil vermişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi əsasında İddiaçı ASC tərəfindən zaminliklə bağlı 6750 manat əsas məbləğ, 267,64 manat faiz və 15 manat cərimə ödənişi edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 10,4 ha əkin sahəsinin olduğunu, gübrə səpilməsini və dərmandan istifadə etmə qaydasını bacardığını, əkin sahəsindən əldə etdiyi məhsulu müəssisəyə təhvil verəcəyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilələr, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600- cü maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında Z/06 nömrəli yaş tütünün alqısatqısına dair müqavilə bağlanmışdır. Yaş tütünün alqı-satqısına dair müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə fermer öz mülkiyyətində istifadəsində sahibliyində və ya icarəsində olan 10,4 ha torpaq/əkin sahəsinin (mülkiyyətində, sahibliyində olan icarəyə və ya istifadəyə götürülən torpaq sahələri barədə müqavilə və ya sair digər hüquqmüəyyənedici sənədlər bu müqaviləyə əlavə olunur) NC-291, İTB-683 və İTB-6184 “Virciniya” tipli tütün toxumunun və ştilinin müvafiq aqrotexniki qayadalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə (müxtəlif toxum növlərindən alınan yarpaqları qarışdırmamaq şərtilə) alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi yaş tütünün müqavilə üzrə müəyyən edilmiş texniki şərtlərə və növlərə uyğunluğunu müəyyənləşdirməyi, tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və qəbul olunmuş yaş tütünün bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirmiş dəyərini fermerə ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında yaş tütünün alqı-satqısına dair bağlanmış müqavilə üzrə müəyyən edilmiş tütünün əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımının həyata keçirilməsi ilə bağlı cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə 15300 manat pul məbləğini kreditin nominal illik faiz dərəcəsi 4,5%, kreditin müddəti bitikdən sonra cərimə faizi 5%, kreditin faktiki illik faiz dərəcəsi 4,5% olmaqla xx.xx.2023-cü il tarixədək ödənilmək şərtilə Cavabdeh verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" arasında bağlanmış Z4999 nömrəli, xx.xx.2022-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehlə bağladığı yaş tütünün alqı-satqı müqaviləsi üzrə borcalana 12120,5 manat dəyərində toxum, gübrə və ştil təhvil vermişdir ki, bu hal iş materiallarına əlavə edilmiş malların təhvil-təslim aktları ilə öz təsdiqini tapır. Həmin məbləğdən cavabdeh 506,50 manat (gübrə formasında) geri ödəniş etmişdir. Yəni, cavabdehin alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 12120,5-506,50=11614 manat borcu qalmışdır. Həmçinin borc müqaviləsi üzrə cavabdehə 6750 manat məbləğində kredit verilmiş, cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş və heç bir ödəniş etməmiş, banka ödənilməli olan 6750 manat pul məbləği və həmin məbləğə faiz qismində hesabıanmış 267,64 manat pul İddiaçı ASC-nin hesabından tutulmuşdur. 6750+267,64= 7018 manat. Cavabdeh hər iki müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun iddiaçıya ümumilikdə 18632 (11614 (təhvil verilmiş malların dəyəri) və 7018 (ödənilmiş kredit məbləği)) manat ödənilməmiş borcu qalmışdır. Mülki Məcəllənin: 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı ASC cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini icra etdiyindən, reqres qaydada ödədiyi pul vəsaitini tələb etməkdə haqlı olmuşdur. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə (19138,5 manat) əsasən ödənilməli dövlət rüsumu 145,9 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş 145,9 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən, hazırki borc üzrə dövlət rüsumunun məbləği mediasiya xərcindən az olduğundan və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə istinadən iddiaçı tərəf dövlət rüsumu ödəməkdən azaddır. Odur ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11614 (təhvil verilmiş malların dəyəri) manat və 7018 (zamin tərəfindən ödənilmiş kredit məbləği) manat olmaqla, ümumilikdə 18632 manat borc məbləği və 200 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 145,9 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar