Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-512/2020 28.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı “Şükran” fərdi firmasının cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış 5353,05 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı “Şükran” fərdi firması cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “aktın etibarsız hesab edilməsi və elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış 5353,05 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Biləsuvar rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iş üzrə iddiaçı “Şükran” fərdi firmasının hüquqi ünvanı Biləsuvar şəhəri, H.Əliyev prospekti 45, cavabdeh “xxxxxxxx” ASC-nin hüquqi ünvanı isə ünvan 2 Odur ki, hazırki iddia ərazi aidiyyəti üzrə kommersiya məhkəməsinə verilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Şükran” fərdi firmasının cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış 5353,05 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-512/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-512/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver