Məhkəmə qərarları › İş №e-2-2(117)-519/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-519/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-519/2024 18.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı İB-nin cavabdeh “6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi” publik hüquqi şəxsinə qarşı “cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 3450 manat borcun və 54,50 manat ödənilmiş rüsum xərclərinin tutulması” tələbinə dair iş üzrə İddiaçı İB-nin iddia ərizəsinin qaytarılması barədə ərizəsinə iş materialları ilə birlikdə baxaraq, müəyyən etdi: İddiaçı İB cavabdeh “6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi” publik hüquqi şəxsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 3450 manat borcun və 54,50 manat ödənilmiş rüsum xərclərinin tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək keçən müddət ərzində cavabdehin tələb olunan borc məbləğini ödədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı İB-nin cavabdeh “6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi” publik hüquqi şəxsinə qarşı “cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 3450 manat borcun və 54,50 manat ödənilmiş rüsum xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar