Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-521/2020 10.12.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “24968,52 manat borc, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilən tarixədək hesablanmış dəbbə pulu, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “24968,52 manat borc, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilən tarixədək hesablanmış dəbbə pulu, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə rəsmi qaydada bildirişlər göndərilmiş, məhkəmə sənədləri “ünvan düzgün deyil” qeydi ilə məhkəməyə geri qaytarılmıdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, arayışa əsasən cavabdeh həmin ünvanda qeydiyyatdadır və orada yaşayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, pretenziya məktubu, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə çatdırılmamış, məhkəmə sənədlərinin ünvan sahibinə çatdırılması mümkün deyildir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş çatdırma barədə sənədlərdən görünür ki, cavabdehin həmin ünvanda yaşamaması səbəbindən poçt göndərişlərinin çatdırılması mümkün olmamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli olan sənədlərin dairəsi dəqiq müəyyən edilmişdir. Qeyd olunan maddənin 4-cü və 7-ci bəndinin tələbinə əsasən iddiaçı kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatın çatdırılmasına dair sənədi iş materiallarına əlavə etməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərindən biri də çəkişmə prinsipidir ki, çəkişmə prinsipi təmin olunmadan ədalət mühakiməsinin həyata keçirilməsi yolverilməzdir. Nə qədər ki, iddiaçı tərəfindən cavabdehin qeydiyyat ünvanı üzrə iddia ərizəsinin çatdırılması təmin edilməyib və ya iddia ərizəsinə çatdırılmanı təsdiq edən cavabdehin imzası ilə təsdiq edilmiş müvafiq qeyd aparılmamışdır, cavabdehin məhkəmə araşdırmasının gedişindən məlumatı olmayacaq və iddia ərizəsinin tərkib hissəsi hesab edilən cavabdehin ünvanı barədə rəsmi sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədən hazırki işə baxıla bilməz. Qeydiyyat ünvanı üzrə yaşamayan və faktiki yaşadığı ünvan məlum olmayan hər hansı borcluya qarşı iddia tələbinin irəli sürülməsinin mümkünlüyünə dair məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin tələbləri baxımından mübahisənin tərəflərin razılaşması əsasında həll olunması və bununla da məhkəməyə müraciət etməzdən öncə pretenziya qaydasına riayət edilməsinə, habelə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə cavabdehə çatdırlmasını təmin etmək vəzifəsini qanunverici məhz iddiaçının üzərinə qoymuşdur və belə təqdimetməni təmin etmək iddiaçının vəzifəsidir ki, qanunvericiliyin bu tələbləri formal xarakter daşımır. Qeyd olunduğu kimi çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür ki, belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və çəkişmə prinsipinin təmin edilməsindən ibarətdir. İddiaçı tərəf hazırkı mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı cavabdehə müraciət etmədiyindən, yəni həmin pretenziyanın cavabdehə tərəfə təqdim olunmasını təmin etmədiyindən və bu qaydanı tətbiq etmək imkanını itirilmədiyindən, habelə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri cavabdehə çatdırılmasını təmin etmədiyindən məhkəmə hesab edir ki, tərəflər arasında çəkişmə prinsipinin təmin edilməsi üçün ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. İddiaçının diqqətinə çatdırılır ki, qanunvericiliyin tələblərinə riayət etməklə yuxarıda qeyd olunan çatışmazlıqları aradan qaldırıb yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “24968,52 manat borc, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilən tarixədək hesablanmış dəbbə pulu, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-521/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-521/2020
10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver